İnsanlara hürriyət, millətlərə istiqlal!

Qurban Qurbanov: "Son 2 turda öz oyunumuzdan uzaqlaşmışdıq"

549 12.05.2022 21:20 İdman A A

"Xal itkiləri gözləniləndir. "Sabah"la matçda çempionluğu əldə edə bilərdik. Amma gərginlik var idi. Bu gün optimal heyətlə oynasaq da, çox çatışmazlıq oldu. Son 2 turda öz oyunumuzdan uzaqlaşmışdıq. Hər bir halda normal baxıram. Yaxşı qələbə oldu".

"Report"un məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov evdə "Sumqayıt"a 5:0 hesabı ilə qalib gəldikləri Premyer Liqanın XVI turdan təxirə salınmış matçından sonra deyib.

50 yaşlı mütəxəssis kubokun finalını düşünmədiklərini bildirib: "Bu heyəti tam olaraq, kubokun finalı üçün düşündüyümüzü deyə bilmərəm. Dəyişikliklər olacaq. İstəyirəm ki, bütün futbolçulara şans verim".

Qurbanov futbolçuların qarşısına bombardirliklə bağlı vəzifə qoyulmadığını bildirib: "Bu gün əvəzlədiyim futbolçular Filip Ozobiç və Kadi Borges idi. İstəyirik ki, daha çox qol vursunlar".

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR