İnsanlara hürriyət, millətlərə istiqlal!

"Qurani-Kərimi yandırmağı İsveç höküməti özü təşkil edir, çünki... "

761 19.08.2023 13:55 Gündəm A A

Xəbər verdiyimiz kimi ötən gün İsveçin paytaxtı Stokholmda növbəti dəfə Qurani Kərim yandırılıb.

Bu dəfə də müqəddəs kitabı İsveçdə yaşayan iraqlı qaçqın Salvan Momika dostu ilə birgə yandırıb. Salvan Momika son iki ayda üçüncü dəfədir ki, Qurani-Kərimi yandırır, müqəddəs kitaba qarşı təhqiramiz hərəkətlər edir.

Yoldan keçən isveçli qadın kitabın yandırılmasına müdaxilə etməyə çalışsa da, İsveç polisi tərəfindən saxlanılıb.

Hüquq-mühafizə orqanları onun Quranın yandırılmasına müdaxilə etməsinin qarşısını alıb və qadını həbs edib.

Salvan Momika və diğər iraqlı qaçqın zirehli polis maşınına minərək hadisə yerindən qaçıblar. Qeyd edək ki, onun bu dəfə mühafizəsini İsveç polisi 100-ə yaxın polis əməkdaşı , 10-u zirehli olmaqla 20 polis maşını ilə təmin edib.

Musavat.com xəbər verir ki, sözügedən hadisə ilə bağlı politoloq Yeganə Hacıyeva danışıb.

Dəyişən dünyada Azərbaycanın yeri - Yeganə Hacıyeva ilə söhbət

"Qurani-Kərimi yandırmağı İsveç höküməti özü təşkil edir , çünki yandıranı mühafizə edir, söndürmək istəyəni həbs edir… ",- deyə politoloq Yeganə Hacıyeva Qurana qarşı edilən təxribata münasibət bildirərkən deyib.

Xatırladaq ki, ötən ay Momika və iraqlı dostu Nəcimi Qurani Kərimi yandırmışdı.

Təxribatdan sonra zirehli polis maşını ilə hadisə yerini tərk edən Momika və Nəcimi 10-u zirehli olmaqla 20 polis maşını və təxminən 150 polis müşayiət etmişdi.

Onu da əlavə edək ki, son vaxtlar İsveç və Danimarkada Qurana qarşı hücumlar intensivləşsə də, bu təxribatlara yol verilməsi yerli əhali tərəfindən sərt reaksiya ilə qarşılanır.

Xalidə Gəray
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR