İnsanlara hürriyət, millətlərə istiqlal!

Qukasyan: “Paşinyanın məqsədi Rusiya ilə problemləri həll etmək deyil...”

423 07.03.2024 17:05 Siyasət A A

 

“Bu gün Rusiya-Ermənistan yolunda baş verənləri diversifikasiya adlandırmaq olmaz. Siz əlavə inkişaf yolları axtarmağa çalışanda Ermənistan hakimiyyətinin indi etdiyi kimi inkişafın əsas vektorunu məhv etməməlisiniz. Burada Moskva ilə siyasi münasibətləri kəsmək üçün düşünülmüş siyasətin olduğu açıq-aşkar görünür”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu sözlər yerli politoloq Arman Qukasyan tərəfindən səslənib.

Qukasyanın sözlərinə görə, Ermənistan rəhbərliyi 2023-cü ilin sonunda ikirəqəmli iqtisadi artımla fəxr edir, lakin bu artım (təxminən 9%) Ermənistanın Avrasiya İqtisadi İttifaqında iştirakının nəticəsidir.

Qukasyan həmçinin Ermənistanın Avropa Birliyinə üzvlüyü ilə bağlı təbliğatın dövriyyəyə buraxılmasına diqqət çəkib: “Belə bir statusu əldə etmək üçün şübhəsiz ki, xarici qüvvələr Ermənistanı Rusiya ilə münasibətləri kəsəcək bir ölkə kimi görməkdə maraqlıdırlar. Rusiya ilə siyasi fasilədən sonra Ermənistanın iqtisadi çiçəklənəcəyinə inanmaq sadəlövhlükdür. Belə bir siyasət Ermənistanı heç də yaxşı sonluğa götürmür”.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR