İnsanlara hürriyət, millətlərə istiqlal!

Qüdsdə avtomobil piyadaların üzərinə sürülüb: Yaralananlar var - VİDEO

358 24.04.2023 20:31 Hadisə A A

Qüdsün mərkəzində avtomobil piyadaların üzərinə sürülüb.

BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, bu barədə İsrail polisinin mətbuat xidmətindən bildirilib.

Hadisə nəticəsində 5 piyada xəsarət alıb. Şübhəli zərərsizləşdirilib.

Hadisə yerinə polis qüvvələri cəlb edilib.

Qeyd olunur ki, zərərçəkənlərdən 70 yaşlı kişinin vəziyyəti ağır, 30 yaşlı qadının isə orta-ağır qiymətləndirilir.

Digər üç zərərçəkənin vəziyyəti isə qənatbəxşdir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR