İnsanlara hürriyət, millətlərə istiqlal!

Qubad İbadoğlu Musavat.com-a məktub yazıb - QARŞI TƏRƏF

1618 10.05.2023 20:16 Siyasət A A

Azərbaycan Demokratiya və Rifah Partiyasının (ADR) rəhbəri Qubad İbadoğlu "Yeni Müsavat" Media Qrupunun redaksiyasına məktub göndərib.

Məktub "Yeni Müsavat" Media Qrupunda İsmayıl Nəzirli adlı ADR üzvünün iddialarına cavab olaraq xatırlanıb. 

Musavat.com "KİV haqqında" Qanunu və qarşı tərəfin cavab haqqını nəzərə alaraq həmin məktubu olduğu kimi təqdim edir:

"May ayının 8-də sosial media üzərindən özünü Azərbaycan Demokratiya və Rifah Partiyasının (ADR) qurucusu və İdarə Heyətinin üzvü kimi təqdim edən İsmayıl Nəzirli tərəfindən 34 nəfər üzvün partiya sıralarını tərk etməsi haqqında yayılmış
bəyanatın həqiqəti əks etdirmədiyini qeyd etməklə yanaşı bildiririk ki, Ağstafa rayonunda qeydiyyatlı olan İsmayıl Nəzirli ADR Hərəkatı təsis olunandan (21 fevral 2015-ci il) 1 il 6 ay 2 gün sonra, Hərəkatın Qazax RT-nın 23 avqust 2016-cı il tarixdə keçirilmiş ümumi yığıncağında ərizəsinə rəğmən təşkilata üzv qəbul edilib və ADR Hərəkatının Qazax RT-nin sıravi üzvü olub. Onun özünü ADR Hərəkatının "qurucusu və İdarə Heyətinin üzvü" kimi təqdim etməsi yalandır və həqiqəti əks etdirmir.

34 nəfər "partiya üzvünün İstefası" ilə bağlı iddialara gəldikdə isə aşağıdakı reallıqları diqqətə çatdırırıq.

Mart ayının ortalarında İsmayıl Nəzirli ADR Partiyası Ağstafa rayon təşkilatına şəxsi təşəbbüsü ilə 10 nəfər rayon sakinin partiyaya üzvlüklə bağlı ərizələrini, partiyanın həmin şəxslərin adlarına doldurulmuş anket vərəqələrini, şəkillərini və kimlik vəsiqələrinin surətlərini çatdıraraq rayonun Kəsəmən kəndində partiyanın özəyini təsis etməklə bağlı təşəbbüsünü çatdırıb.

Ağstafa RT-nın sədri E.Cəfərov sənədləri incələyəndən sonra təşəbbüsə RT-nın İH-də münasibət bildiriləcəyini söyləyib. Həmin vaxtdan 15 gün sonra İ.Nəzirli əlavə olaraq 9 nəfərin də sənədlərini E.Cəfərova təqdim edib. Ağstafa RT-nın İH sənədləri incələyərkən bütün sənədlərin bir şəxs tərəfindən tərtib edildiyini, ərizə və anketlərin doldirulma tarixinin qeyd edilmədiyini, bütün sənədlərə eyni şəxs tərəfindən saxta imza atıldığını, təqdim olunan şəxslər sırasında başqa siyasi partiyalarda adı keçənlərin olduğunu təsbit edib və təqdim olunan ərizələrə ərizə sahiblərinin iştirakı ilə baxılmalı olduğunu İ.Nəzirlinin diqqətinə çatdırıb. Ərizə sahiblərindən isə dünənki tarixə kimi səs çıxmayıb və üzvlüyə qəbul edilmədən dünən partiyadan "istefa verdikləri" ilə bağlı bəyanat yayıblar.

İsmayıl Nəzirli eyni zamanda aprel ayının təxminən 10-da ADR Partiyasının İH-nə 15 nəfər Qazax rayon sakininin partiyaya üzvlüklə bağlı ərizə və digər sənədlərini təqdim edib. Bu sənədlərdə də yuxarıda sadlanan saxtakarlılqar təkrar aşkar edilib. Məsələ ilə bağlı partiyanın İdarə Heyətinin 15 aprel tarixində keçirilmiş yığıncağında məlumat verilib. Hazırda isə həmin sənədlər partiyanın mərkəzi ofisindədir və üzvlüklə əlaqədar müraciətlərə Qazax RT-da bu günədək baxılmayıb. Odur ki, ADR Partiyasına üzv olmayan şəxslərin Partiyadan istefası ilə bağlı bəyanat səsləndirmələri çox gülünc görünür.

ADR Partiyası bildirir ki, Partiya üzv olmaq üçün İ.Nəzərli tərəfindən tərtib edilmiş müraciətlərə ADR Partiyasının heç bir rayon təşkilatında baxılmayıb, onların Partiyaya üzvlüyü ilə bağlı qərar verilməyib. Ərizələrdə adı keçən şəxslərin əksəriyyətinin İ.Nəzirlinin ailə üzvlərinin (Nəzirli Hüseynəli İsmayıl oğlu, Nəzirli Orxan Dilavər oğlu, Nəzirli Nərmin Baba qızı və sairə) aşkar görünür. Odur ki, ADR Partiyası İ. Nəzərlinin ailə üzvlərinin və yaxın qohumlarının guya ADR Partiyasının üzvü kimi Partiyadan “istefa” vermələrini təkzib edir, doğmaların, yaxın qohumların siyasi oyunlara alət edilməsini də yolverilməz hesab edir, ADR Partiyasının bu mövqeyini dərc etməyi vacib sayırıq".

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR