İnsanlara hürriyət, millətlərə istiqlal!

Qrenlandiya düyününü Rutte açdı: Tramp geri çəkildi, NATO qazandı

526 22.01.2026 13:43 Dünya A A

Qrenlandiya ilə bağlı aylardır davam edən gərgin danışıqlarda həlledici rolu NATO-nun baş katibi Mark Rutte oynayıb.

Musavat.com xəbər verir ki, Qərb mediasının yazdığına görə, məhz onun irəli sürdüyü praqmatik və balanslı yanaşma nəticəsində Tramp administrasiyası maksimalist tələblərindən geri çəkilməli olub, NATO isə Arktikada strateji mövqeyini gücləndirib.

Politico və Axiosun məlumatına əsasən, Rutte bütün çətinliklərə baxmayaraq ABŞ prezidenti Donald Tramp ilə diplomatik dialoqu davam etdirib və kompromisə nail olub. Razılaşmaya görə, Qrenlandiya Danimarka ərazisi kimi qalır, lakin ABŞ adada hərbi iştirakını əhəmiyyətli dərəcədə artırmaq imkanı əldə edir.

Məlumata görə, Tramp dəfələrlə Qrenlandiyanın ABŞ nəzarətinə keçməsini açıq şəkildə tələb etsə də, Ruttenin təqdim etdiyi paket bu variantı istisna edir. Təklif ABŞ və Danimarka arasında 1951-ci il tarixli Qrenlandiya Müdafiə Sazişinin yenilənməsini nəzərdə tutur. Bu isə Vaşinqtona adada yeni hərbi bazalar qurmaq, NATO-nun zəruri saydığı hallarda “qorunma zonaları” yaratmaq hüququ verir.

Axios yazır ki, plan Qrenlandiyada təhlükəsizliyin gücləndirilməsi, NATO-nun Arktikadakı fəaliyyətlərinin genişləndirilməsi, eləcə də xammal və strateji resurslarla bağlı əlavə əməkdaşlığı əhatə edir. Bundan başqa, “Qızıl Günbəz” müdafiə sisteminin Qrenlandiyada yerləşdirilməsi və Rusiya ilə Çinin bölgədəki “zərərli xarici təsirinə” qarşı tədbirlər də paketin tərkib hissəsidir.

Beləliklə, Qrenlandiya böhranında xəritələr dəyişməsə də, Arktikadakı güc balansı dəyişir. Tramp istədiyi suverenlik dəyişikliyini əldə edə bilmədi, NATO isə Ruttenin diplomatik gedişi ilə strateji qazanc əldə etdi.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR