İnsanlara hürriyət, millətlərə istiqlal!

Qoçaq Əsgərov: "Şuşaya hər səfərimdə başqa bir həyəcan hissi keçirirəm"

772 13.05.2022 17:38 Mədəniyyət A A

"Artıq 4-cü dəfədir ki, Şuşaya səfər edirəm. Şuşaya hər səfərim tamam başqa həyəcan və hislərlə keçir".

Bu sözləri V "Xarıbülbül" Beynəlxalq Folklor Festivalının iştirakçısı, Azərbaycanın əməkdar artisti, xanəndə Qoçaq Əsgərov Musavat.com-a açıqlamasında deyib.

 Əməkdar artist ötən il olduğu kimi bu il də "Xarıbülbül" festivalının çox möhtəşəm şəkildə təşkil olunduğunu qeyd edib:

"Ötən il hava günəşli idisə, bu il festival yağışlı havaya təsadüf etdi. Amma hər kəs böyük həvəslə festivalda iştirak edir".

Qeyd edək ki, Əməkdar artist Qoçaq Əsgərov festivalın 2-ci günündə tar ifaçısı Arslan Növrəsli ilə birlikdə "Bayatı - Kürd kompzisiyası", "Blues - Muğam", "Şur kompozisiyası", "Dədə Qorqud" filmindən "Yallı" ifa edib.

 

Xalidə Gəray
Elçin Əkbərov
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR