İnsanlara hürriyət, millətlərə istiqlal!

Qobustanda zəncirvari qəza: Xəsarət alanlar var

515 08.09.2022 02:33 Hadisə A A

Bakı-Qazax avomobil yolunda zəncirvari qəza olub.

Musavat.com APA-ya istinadən xəbər verir ki, hadisə magistral yolun 61-ci kilometrliyində - Qobustan rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Qəza zamanı 3 avtomobil toqquşub.

Hadisə nəticəsində iki nəfər xəsarət alıb. Onlardan birinin xəsarəti yüngül olduğundan yerində müdaxilə edilib.

Digər yaralı 1963-cü il təvəllüdlü Xəzər Yunusovun vəziyyəti ağır olduğundan Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR