İnsanlara hürriyət, millətlərə istiqlal!

Qlobal külək enerjisi istehsalı kəskin artacaq

482 28.03.2023 15:47 İqtisadiyyat A A

2027-ci ilədək dünyada 680 giqavatt gücündə külək enerjisi generatorları quraşdırılacaq.

Musavat.com xəbər verir ki, Külək Enerjisi üzrə Qlobal Şuranın (Global Wind Energy Council, GWEC) araşdırmalarına əsasən, enerjinin fasiləsiz çatdırılması və iqlim məqsədlərinə nail olunması zərurəti külək enerjisini yeni mərhələyə daşıyacaq.

GWEC ekspertləri hesab edirlər ki, yeni qurğuların istehsal gücü 657 milyon evin elektrik enerjisi ilə təminatına imkan verəcək. 2022-ci ildə külək enerjisi sahəsində liderlik Çində olub. 2023-cü ildə də Pekinin bu statusu saxlayacağı gözlənilir.

Tədqiqata əsasən, 2023-cü ildə dünyada quraşdırılmış külək generatorlarının istehsal gücü 1 tervatta, 2030-cu ildə isə 2 tervatta çatacaq.

Qeyd edək ki, Azərbaycanda külək enerjisi istehsalının qurulmasına dair böyük layihələrə start verilib. Xəzər dənizinin Azərbaycan sektorunda külək enerjisi istehsalı potensialı 157 giqavatt hesablanır. Ortamüddətli dövrdə bunun 12 giqavattının əlçatan olması planlaşdırılır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR