İnsanlara hürriyət, millətlərə istiqlal!

"Qızının 7-si çıxmamış Vaqif Mustafayev ona şərt qoydu"

3323 08.07.2024 19:33 Ölkə A A

Əməkdar artist Qorxmaq Əlili mərhum Xalq artisti Nuriyyə Əhmədova ilə bağlı açıqlama verib.

Aktyor bu haqda "O üz" verilişində danışıb.

O bildirib ki, aktrisa ən ağır günündə Xalq artisti, rejissor Vaqif Mustafayev onu məcbur çəkilişə çağırıb:

"Nuriyyə Xanımım qızı dünyasını dəyişdi. Hələ 7 mərasimi olmamışdı, rejissor ona şərt qoydu ki, ya kinoya çəkil, ya da filmdən səni çıxardacağam. Mən məsələni gec bildim, yoxsa rejissorun qoparağını götürərdim. Deyir ki, istəyirdim gəlsin təbii alınsın, dərtdən uzaq olsun. Nə uzaq olmaq? Ölənə qədər dərdin içində idi, bir gözü ağladı. Hansı qohumuna, yaxınına baxıb sevinərdi?".

Aparıcı Ülviyyə Xəlilbəyovanın "Onu Vaqif Mustafayev xilas etdi. Son dönəmdə olan filmlərinə çəkdi" sözlərinə Əlili "Nuriyyəni gözüyaşlı aparan o oldu. Şərt qoymuşdu ki, rolu əlindən alacağam. Bu şərt deyil. O, aktrisa kimi lazım olmasaydı, heç çəkməzdi" cavabını verib. (Axşam.az)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR