İnsanlara hürriyət, millətlərə istiqlal!

"Qisas-3" əməliyyatının ANONSU VERİLDİ: "Yaxın günlərdə..."

4057 30.06.2023 19:55 Siyasət A A

Azərbaycan 2 cəsədi Ermənistana təhvil verməyə hazırdır

Ermənistan yenə də sülh danışıqlarının fonunda sərhəddə təxribatlar törədib, mövqelərimizi müxtəlif çaplı silahlardan atəşə tutur.

İyunun 27-də yenə də Ermənistan təxribat törətdi və nəticədə Azərbaycan Ordusunun hərbi qulluqçusu Bəkirov Əli Şükür oğlu yaralandı. Lakin əsgərimizin qısası elə həmin gecə alındı. Xüsusi “Qisas-2” əməliyyatı çərçivəsində qanunsuz birləşmələrin infrastrukturuna ciddi zərbələr endirildi. Bundan başqa, 2 terrorçu da məhv edildi. Ermənistan etiraf elədi ki, onlardan ikisi Ermənistan SQ-nın hərbçiləridir...

Vaşinqton görüşü ərəfəsində bu təxribatın rusiyalı sülhməramlıların təşviqi ilə baş verdiyi istisna deyil. Çünki qanunsuz birləşmələr elə sülhməramlıların gözünün qarşısında təxribat törədir, onların nəzarəti altında olan ərazilərdə pozuculuq işləri ilə məşğuldurlar.  

Araik Arutyunyandan şok qərar. Qarabağdakı erməni silahlıların sonu çatdı?

Ermənilərdən fərqli olaraq Azərbaycan bölgədə hər zaman sülhün tərəfdarı olub. 30 il sülhə qarşı çıxan, işğalçılıq siyasəti aparan Ermənistan bu gün də eyni niyyətini fərqli formalarda həyata keçirir. İndi işğala, hücuma gücü çatmasa da, Azərbaycanın qarşısında aciz durumda olsa da, çirkin təxribatlarından əl çəkmir. Ancaq Azərbaycan tərəfi hər zaman humanizm prinsiplərindən çıxış edir və sülh üçün çalışır. Azərbaycan 2 leşin Ermənistana qaytarılması üçün sülhməramlılarla danışıqlar aparır. Əslində, Azərbaycan bu leşləri Ermənistan tərəfinə verməyə də bilərdi. Ancaq yuxarıda da qeyd etdiyimiz kimi biz hər zaman humanizm prinsiplərini əsas tutmuşuq.

Baş verənlər başqa bir məqamda da haqlı olduğumuzu ortaya çıxardı.

Paşinyan çıxışlarında Azərbaycanın ərazi bütövlüyünü tanıdıqlarını, ərazidə heç bir qüvvənin olmadığını bəyan edirdi. Son hadisə göstərdi ki, bu, ağ erməni yalanıdır. Ərazidə təxribatçı qüvvələr var və onlar birbaşa olaraq regionda sülhün təmin olunmasına maneə yaradır, danışıqları pozurlar.

SENSASİON PROQNOZ: "İkinci "Qisas" əməliyyatı yaxındadır" -

Məlumata görə hazırda Qarabağ bölgəsində olan qanunsuz silahsız dəstənin üzvlərinin sayı 10 minə yaxındır. Bu, konkret olaraq Qarabağda Ermənistan ordusunun fiziki mövcudluğu deməkdir və bütün qanunlara ziddir. Ermənistan bu qanunsuz dəstənin bütün ehtiyaclarını da ödəyir, qida, silahla təmin edir, hətta məşqlərinə də şərait yaradır...  Qanun demişkən, Ermənistan tez-tez üçtərəfli müqavilədən danışır və Azərbaycanın bu müqavilənin şərtlərini pozduğunu deyir. Əslində isə bu kimi əməlləri ilə müqaviləni pozan Ermənistan oldu. Ermənistan müxtəlif təxribatları ilə müqaviləni legitimsizləşdirdi və qurulan arxitektura məhz Ermənistan tərəfindən dağıdıldı. Bütün bu baş verənlərin məsuliyyətini Ermənistan daşıyır.

Rusiya sülhməramlıları Qarabağda dronlara qarşı təlim keçiblər - BBC News  Azərbaycanca

Xatırladaq ki, üçtərəfli bəyanatın ən vacib müddəlarından biri Rusiya sülhməramlılarının bölgəyə daxil olması ilə paralel şəkildə qanunsuz silahlı birləşmələrin Azərbaycan ərazilərindən çıxarılmasını nəzərdə tuturdu. Amma bu müddəa indiyədək təmin olunmur və bu, sülhməramlıların gözü qarşısında baş verir. Təxribata göz yuman, müqavilənin şərtlərinin Ermənistan tərəfindən əməl olunmasına nəzarət etməyən sülhməramlılar-Rusiya da şərtləri kobudcasına pozur. İmzaladıqları müqaviləyə əməl etmirlər.

Məlumdur ki, sözügedən sənəd Azərbaycanın Naxçıvanla əlaqəsinin təmin olunmasını və Zəngəzur dəhlizinin açılmasını da təmin etməli idi, amma bu da reallaşmayıb. Bu istiqamətdə də hər cürə təxribata əl atıb, pozuculuqla məşğuldurlar. 

Ancaq bu, çox davam edə bilməz. Bəzi məlumatlar var ki, Ermənistan tərəfi  yeni təxribatlara hazırlaşır və bu hazırlıq da sülhməramlıların səssiz müşayiəti altında baş verir. Əgər yeni təxribatlar baş verərsə, Azərbaycan SQ tərəfindən “Qisas-3” əməliyyatı qaçılmaz olacaq. Azərbaycan öz ərazilərində qanunsuz silahlı birləşmələrin mövcudluğunu qəbul etməyəcək.

Bu əməliyyat isə Ermənistan üçün heç də yaxşı sonluqla bitməyəcək. İndi Azərbaycan Ermənistan ordusunun 2 hərbçisini qaytarmaq üçün danışıqlar aparır. Bu cür danışıqlar, humanizm çox davam edə bilməz. Ermənistan bütün bunlardan dərs çıxarmalı, qanunsuz əməllərinə son qoymalıdır.

Ərazidə tam demilitarizasiya- tərksilah təmin olunmalıdır, qanunsuz hərbi birləşmələr Azərbaycan ərazilərindən çıxarılmalı, burada yaşayan əhalinin reinteqrasiyası təmin olunmalıdır.

Hazırda böyük köç prosesi davam edir və Azərbaycan əhalisi illər sonra öz torpaqlarına qayıdır. Baş verənlər əhalimizin təhlükəsizliyinə heç bir təsir göstərməyəcək. Çünki Azərbaycan dövləti əhalisinin təhlükəsizliyi üçün lazımı addımları atır.

Prezident Müdafiə Nazirliyinin komando hərbi hissəsində olub - - Ayna.az

Azərbaycan Prezidenti Ali Baş Komandan Müdafiə Nazirliyinin komando hərbi hissələrinin birində yaradılan şəraitlə tanış olan zaman çıxışı zamanı bildirmişdi ki, biz hələlik özümüzü təmkinlə aparırıq:

“Son iki il yarım ərzində biz bir neçə dəfə məcbur olub Ermənistan tərəfinə öz gücümüzü göstərmişik, birincisi, onların hərbi təxribatlarına cavab olaraq. İkincisi, onlara bir siqnal göndərmişik ki, özlərini yaxşı aparmasalar, öz imzalarına hörmət etməsələr, nəticə onlar üçün acınacaqlı olacaq. Ona görə hələ də özümüzü təmkinlə aparırıq. Biz heç vaxt tələskənliyə yol verməmişik, buna ehtiyac yoxdur. Bu gün güc də bizim tərəfimizdədir, zaman da bizim mövqeyimizi gücləndirir, beynəlxalq hüquq da. Dünya ictimaiyyəti artıq birmənalı şəkildə Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Biz gözləyə bilərik. Yenə də deyirəm, biz tələsmirik. Bu gün biz azad edilmiş torpaqlarda geniş quruculuq işləri ilə məşğuluq. Biz keçmiş köçkünləri öz dədə-baba torpaqlarına qaytarırıq. Biz Ermənistanla sərhəd boyunca əlverişli mövqelərə sahibik. Biz o mövqelərdə möhkəmlənirik. Strateji yüksəkliklərdə olmağımız bizə strateji üstünlük təmin edir. Yenə də deyirəm, biz son iki il yarım ərzində Ordumuzu böyük dərəcədə gücləndirmişik. Əgər bütün bu amilləri Ermənistan və onun arxasında dayanan xarici qohumları başa düşmürlərsə, onda günah onların boynundadır.

İlham Əliyev: "Ordumuzun daha da gücləndirilməsi bir nömrəli vəzifə olaraq  qalır" - VİDEO

Bundan sonra da Ordumuzun daha da gücləndirilməsi üçün bütün lazımi tədbirlər görüləcək. Azərbaycanın düşmənləri bunu bilir, görür, bilməlidir və görməlidir. Məhz buna görə bizə qarşı edilən istənilən təxribat cavabsız qalmır, hər bir təxribata layiqli cavab verilir, istər hərbi cavab, istər siyasi cavab. Bu gün Azərbaycan o ölkələrdəndir ki, öz müqəddəratını özü müəyyən edir, heç kimdən asılı deyil və olmayacaq, öz sözünü açıq deyir və müstəqil siyasət aparır. Yəni, bizim ölkəmiz, sözün əsl mənasında, müstəqil ölkədir, çünki müstəqil siyasət aparmaq iqtidarındadır və bizə bu gücü verən, ilk növbədə, bizim hərbi potensialımızdır”.

Ali Baş Komandanın dediyi kimi bu gün Ermənistanla aparılan sülh danışıqlarının yekunlaşması həm bizə lazımdır, həm daha çox Ermənistana lazımdır. Əks halda, Ermənistan özü özünü məhv edəcək.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR