İnsanlara hürriyət, millətlərə istiqlal!

Qırmızı dənizlə bağlı HƏYƏCAN TƏBİLİ - Böhran BÖYÜYÜR

1155 22.12.2023 15:14 Dünya A A

Dünən Almaniyanın "Hapag-Lloyd" və Honkonqun OOCL şirkətləri Yəmən husilərinin ticarət gəmilərinə hücumlarından sonra Qırmızı dənizdən istifadə etməməyə qərar verən gəmiçilik şirkətlərinə qoşulub.

Musavat.com "Haber Global"a istinadən xəbər verir ki, "Maersk" və HMM kimi bəzi şirkətlər Qırmızı dəniz marşrutu yerinə Ümid burnundan istifadə edəcəklərini açıqlayıb.

Qeyd edək ki, husilərin gəmilərə hücumları ABŞ-ın rəhbərliyi altında dəniz mühafizə qüvvələrinin yaradılmasına səbəb olub.

Məlumata görə, son hadisələr qlobal ticarət tranzitlərinin təxminən 12 faizinin keçdiyi Süveyş kanalından gəmilərin keçməsinə mane olub. Süveyş kanalı Asiya və Avropa arasında kommersiya daşımaları üçün çox vacibdir.

Qlobal logistika menecerləri xəbərdarlıq ediblər ki, alternativ marşrutlardan istifadə edən gəmilər qlobal təchizat zəncirini poza bilər. Bu, gəmi, konteyner və avadanlıq çatışmazlığına səbəb ola bilər.

Xatırladaq ki, İranın dəstəklədiyi husilər İsrailin Qəzza zolağındakı əməliyyatlarına cavab olaraq həftələrdir Qırmızı dənizin cənubundakı Babül-Məndəb boğazından keçən gəmilərə hücum edir.

Logistika şirkətləri məhsulları pərakəndə satıcılara çatdırmaq üçün alternativ yollar tapmağa çalışırlar. Bu, 10-14 gün vaxt itkisinə səbəb olur.

Məlumata görə, Çindən Aralıq dənizinə konteyner göndərilməsinin dəyəri Qırmızı dənizdəki fasilələr səbəbiylə dekabr ayında 44 faiz artaraq 2 min 413 dollara çatıb. Ekspertlər bildirir ki, münaqişə davam edərsə, müqavilədə nəzərdə tutulmayan yüklərin spot qiymətləri iki və ya üç dəfə arta bilər.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR