İnsanlara hürriyət, millətlərə istiqlal!

Qırğızıstanda əcnəbilərlə davadan sonra əraziyə minə yaxın insan toplaşıb - VİDEO

1046 18.05.2024 04:49 Dünya A A

Qırğızıstanda daxili qoşunların bölmələri hosteldə münaqişədən sonra insanların toplaşdığı Bişkekin mərkəzindəki küçəni mühasirəyə alıb və əraziyə su şırnaqları gətirilib.

Məlumata görə, şimal istiqamətində mühasirəyə alınan Çuyski prospekti ilə 7 Aprel küçəsinin kəsişməsində təhlükəsizlik qüvvələri dayanıb. Eyni zamanda hosteldə baş verən davadan sonra ora gələn minə yaxın insan kordonun arxasına toplaşıb.

Yayılan videogörüntülərdən görünür ki, avtomobillər yolda maneəsiz hərəkət edir.

“AKI press” agentliyinin məlumatına görə, Kurmancan Datki küçəsi ilə şimala doğru hərəkət bağlanıb.//Report

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR