İnsanlara hürriyət, millətlərə istiqlal!

Qırğızıstan prezidentliyinə keçmiş namizədin müəmmalı ölümü - Arstan Alay türmədə ölü tapılıb

594 07.01.2024 15:39 Dünya A A

Qırğızıstanda tanınmış iş adamı, ictimai xadim, “El üçün” siyasi partiyasının rəhbəri Arstanbek Abdıldayev Bişkekdəki koloniyalardan birində ölü tapılıb.

Musavat.com 24.kg-a istinadən xəbər verir ki, Abdıldayev dini ədavəti qızışdırmaqda ittiham olunurdu.

Arstan Alay kimi tanınan Abdıldayev bundan əvvəl Qırğızıstan prezidentliyinə namizəd olub. O, 2023-cü il dekabrın 15-də dini ədavəti qızışdırmaqda şübhəli bilinərək Qırğızıstanın Milli Təhlükəsizlik Dövlət Komitəsi tərəfindən saxlanılıb.

Penitensiar Xidmətdən bildiriblər ki, A.Abdıldayev intihar edib. Xidmət qeyd edib ki, 2024-cü il yanvarın 5-də saat 05:15 radələrində təqsirləndirilən şəxs Arstanbek Abdıldayevin meyidi 31 saylı xüsusi müalicə və islah müəssisəsinin yeməkxanasında asılmış vəziyyətdə aşkar edilib.

Onu 28 dekabr 2023-cü il tarixdə psixiatrın təqdimatı ilə “şəxsiyyətin müəyyən edilməmiş psixi pozğunluğu” ilkin diaqnozu ilə 31 saylı koloniyaya köçürübmüşlər.

“2023-cü il dekabrın 29-da 31 saylı koloniyaya gəldikdən sonra Arstanbek Abdıldayev vaxtaşırı ürək ağrısı, baş ağrıları, tinnitus, mədə ağrısı (yeməkdən sonra) və tez-tez yorğunluq şikayətləri ilə həkimlərə müraciət edib.

Şöbədən verilən məlumata görə, “meyitin ilkin müayinəsi zamanı heç bir bədən xəsarəti aşkar edilməyib”.

Abdıldayevin vəkili Kaysın Abakirov müttəhimin ölümü ilə bağlı Qırğızıstan Baş Prokurorluğundan araşdırma aparmağı tələb edib.

Yerli media qeyd edir ki, sosial şəbəkə istifadəçiləri Arstan Alayın ölümü barədə xəbərləri 2023-cü il dekabrın 23-də yaymağa başlayıblar. Amma həm vəkil, həm də Penitensiar Xidmət bu məlumatı təkzib edib.

Yanvarın 7-də məlum olub ki, Abdıldayevin ölümü ilə bağlı hökumət rəsmilərinə qarşı istintaqa hazırlıq başlayıb. Bu barədə Qırğız Respublikasının Baş Prokurorluğu məlumat yayıb.

Baş Prokurorluq dövlət orqanlarının vəzifəli şəxslərinin əməllərinə hüquqi qiymət verəcək və istintaqa hazırlıq prosesinə başlanacaq.

Xatırladaq ki, bir müddət əvvəl MTN-in mətbuat mərkəzi bildirib ki, Arstanbek Abdyıdayevin həbsinin səbəbi sosial şəbəkələrdə dini və dinlərarası düşmənçiliyi qızışdırmağa, vətəndaşların dindarlıq zəminində şəxsiyyətini təbliğ etməyə çağırışlar, kitab və broşürlər yayması barədə məlumatlar olub.

“O, özünü “yeni tanrı”, “xilaskar” hesab edir, digər dinləri, inancları və baxışları aşağı, zəif və etibarsız sayır, onlara mənfi qiymət verir”, - deyə idarədən bildirilib.

İdarənin məlumatına görə, Abdıldayevin davamçıları əsasən qızlar olub. Onların valideynləri hüquq-mühafizə orqanlarına şikayət ediblər.

MTN-in məlumatına görə, qızlar Arstanbek Abdıldayevin təsiri altına düşərək həyata baxışlarını dəyişib və bu, onların öz qohumları ilə münasibətlərində parçalanmaya səbəb olub.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR