İnsanlara hürriyət, millətlərə istiqlal!

Qırğızıstan prezidenti: "Dövlət çevrilişinə imkan verilməyəcək"

994 15.01.2024 14:25 Dünya A A

Qırğızıstan prezidenti Sadır Japarov dövlət çevrilişinə hazırlaşan iş adamı İmamidin Taşov və fəal Tiləkmət Kürenovdan danışıb.

Musavat.com AKIpress-ə istinadən xəbər verir ki, Sadır Japarov dövlət çevriliş etmək istəyənlərin arxasında heç bir kütlənin olmadığını deyib: “Onların hamısı zora can atan talançılar, lakin biz gələndən sonra daha oğurlaya bilməyənlərdir. Daha doğrusu, əvvəllər xəzinədən oğurluq edərək varlananlar və ya milyardlarla vergi ödəməyənlər”, - prezident bildirib.

Sadır Japarov sabitliyi pozmaq istəyənlərin pis məqsədlərinin gerçəkləşməsinə imkan verilməyəcəyini bildirib: “Biz də yatmırıq və oturmuruq. Xalqın çoxu öz taleyini və ölkənin taleyini bizə etibar etdiyi üçün biz sadə xalqın etimadını doğrultmalıyıq”.

Eyni zamanda prezident əlavə edib ki, Tilekmət Kurenov yenə də “biz çoxuq, Taşov və mən tək deyilik” ruhunda yalan bəyanatlar səsləndirir.

İmamidin Taşov “KG Group” tikinti şirkətinin və “KG Group” ictimai fondunun prezidentidir. Taşov 2021-ci ildə Qırğızıstan prezidenti vəzifəsinə namizəd olub və 1,17% səs alıb.

O, 2023-cü ilin oktyabrında saxlanılıb və Taşov barəsində qanunsuz yaşayış binalarının tikintisinə görə cinayət işi açılıb. O, Bişkekdə müvəqqəti saxlama təcridxanasına yerləşdirilib.

Həmçinin Qırğızıstanda dövlət çevrilişinə cəhdə görə İmamidin Taşov və Tilekmət Kurenovun fəal silahdaşları saxlanılıb.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR