İnsanlara hürriyət, millətlərə istiqlal!

Qəzzanı onlar idarə edəcək: "Hazırdırlar"

4345 19.11.2023 09:30 Dünya A A

Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasətləri üzrə Ali Nümayəndəsi Josep Borrell müharibədən sonra Qəzzanı "yalnız Fələstin Administrasiyasının idarə edə biləcəyini" deyib.

Musavat.com xəbər verir ki, Aİ rəsmisi bu fikirləri Bəhreynin paytaxtı Manamada keçirilən Manama Dialoq Konfransında səsləndirib.

O bildirib ki, HƏMAS artıq Qəzzaya nəzarət edə bilməz:

"Bəs Qəzzanı kim idarə edəcək? Düşünürəm ki, bunu yalnız Fələstin edə bilər. Mən Ramallahda idim və onlar bu məsuliyyəti öz üzərlərinə götürməyə hazır olduqlarını söylədilər".

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR