İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda qadın qaynı tərəfindən öldürüldü

829 05.08.2024 09:20 Kriminal A A

Bərdədə qətl baş verib.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan Musavat.com-a verilən məlumata görə, avqustun 5-də səhər saatlarında Bərdə rayonu Kələntərli kəndində 1991-ci təvəllüdlü İbrahimova Sədaqət Rauf qızının kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

Cinayət əməlini törətməkdə şübhəli bilinən, qadının qayını 1995-ci il təvəllüdlü İbrahimov Azər Rəşid oğlu polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə saxlanılıb.

İlkin məlumata görə, hadisə ailə münaqişəsi zəminində baş verib.

Araşdırma aparılır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR