İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan səhəri DƏHŞƏTLİ istilərlə açdı - 38 dərəcə...

1077 05.08.2024 09:40 Ölkə A A

Avqustun 5-i saat 9:00-a olan məlumata görə, Azərbaycanın əksər rayonlarında hava şəraiti əsasən yağmursuz keçib.

Bu barədə Musavat.com-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, lakin axşam Quba-Qusar bölgəsinin dağlıq ərazilərində qısamüddətli yağış yağıb, şimşək çaxıb. Ayrı-ayrı yerlərdə leysan xarakterli olub. Düşən yağıntının miqdarı Qusarda (Laza) 32 mm, Qrızda 5 mm, Qubada 4 mm-dək olub.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 36, Naxçıvan MR-da 37, Aran rayonlarında 38, dağlıq rayonlarda isə 29 dərəcəyədək isti olub.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR