İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ təyyarəsi gizlicə İrana UÇDU! "Xəbərimiz yoxdur, anlaşaq..." - ŞOK İDDİALAR FOTO

1641 04.08.2024 15:14 Dünya A A

ABŞ nümayəndə heyəti Türkiyədən gizli şəkildə şəxsi təyyarə ilə havaya qalxaraq cümə axşamı İrana gedib.

Musavat.com xəbər verir ki, bu barədə Küveytin “Al Ceride” qəzeti məlumat yayıb.

Nəşr yazır ki, nümayəndə heyəti İranda kəşfiyyat və xarici işlər rəsmiləri ilə görüşlər keçirib.

Görüşdə ABŞ-ın Haniyənin öldürülməsindən xəbərsiz olduğu, Netanyahunun nəzarətdən çıxdığı və regional müharibə istədiyi bildirilib.

Eyni zamanda, Baydenin İranla müharibə istəmədiyi, lakin İranın hücumundan sonra İsraili müdafiə etməyə məcbur qalacağı diqqətə çatdırılıb.

Qəzet ABŞ-ın Tehrana sui-qəsddə əli ola biləcək və İrana sızmış 10 MOSSAD agentinin siyahısını verməsi ilə bağlı iddialara da yer verib.

ABŞ rəsmiləri görüşdə Tehranla dərhal nüvə sazişinin bağlanmasını və bunun Netanyahuya ən böyük zərbə olacağını təklif ediblər.

Qəzet iddia edir ki, ABŞ İrana eyni ilə apreldəki kimi, "prestij üçün hücum" imkanı da tanıyıb.

Sitat: "Nümayəndə heyəti İrana “Biz anlayırıq ki, siz prestij (nüfuzu qorumaq) üçün hücum etmək istəyəcəksiz. Ancaq çox da böyütməyin. Əgər biz (ABŞ və İran) dərhal nüvə razılaşması əldə etsək, Netanyahuya ən böyük zərbəni vurmuş olacaqsız."

Göründüyü kimi, eyni ilə bu ilin aprelində olduğu kimi, ABŞ dövriyyəyə girir və İranı çərçivəyə salmaq təşəbbüsü göstərir. Bu ilin aprel ayında bir neçə saat ərzində Tehran İsrailə 150-yə yaxın raket və 170-dən çox pilotsuz təyyarə atdı. Zərbə nəticəsində ölən olmadı. ABŞ və onun müttəfiqləri, o cümlədən İsrail hərbçiləri pilotsuz təyyarələrin və raketlərin 99%-ni tuta bildilər. Onlar da qurtuldu, İran da sifətini saxlaya bildi.
Bu dəfə də eyni model təklif olunur.

Görünən budur ki, İran ABŞ-ın bu təkliflərinə isti baxır.

Musavat.com,
Siyasət şöbəsi

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR