İnsanlara hürriyət, millətlərə istiqlal!

Qəzzada “Rəfah” keçid məntəqəsi BAĞLANDI

445 05.11.2023 19:43 Dünya A A

Zərərçəkmiş sakinlərin və xarici pasport sahiblərinin Qəzza zolağından “Rəfah” keçid məntəqəsi vasitəsilə Misirə təxliyəsi noyabrın 4-dən dayandırılıb.

Bu məlumatı “Reuters” agentliyinə Misir təhlükəsizlik xidmətindəki mənbələr və misirli həkimlər təsdiqləyiblər.

Qeyd olunub ki, buna səbəb İsrailin Qəzzada təcili yardım avtomobilinə atəş açması olub. İsrail ordusu isə bildirib ki, təcili yardım maşını Fələstinin HƏMAS hərəkatının tərəfdarları tərəfindən istifadə edilirmiş.

Bundan əvvəl Polşa Xarici İşlər Nazirliyi İsrail və Misirdən əcnəbilərin Qəzza zolağından təxliyəsinin müvəqqəti dayandırılması barədə məlumat aldığını bildirmişdi. (Report)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR