İnsanlara hürriyət, millətlərə istiqlal!

Qəzzada qaçırılmış israillinin meyiti tapılıb

656 17.11.2023 04:16 Dünya A A

Qəzza zolağında İsrail hərbçiləri oktyabrın 7-də Fələstinin HƏMAS qruplaşması tərəfindən qaçırılmış israilli qadının meyitini aşkarlayıb.

“Report” xəbər verir ki, bu barədə “Haaretz” qəzeti yazıb.

Hərbçilərin sözlərinə görə, Beeri kibutsundan olan 65 yaşlı Yequdit Vaysın cəsədi “Əl-Şəfa” xəstəxanasının yaxınlığındakı binaların birində aşkarlanıb. Onun əri yaraqlıların kubitsa hücumu zamanı qətlə yetirilib.

Qadının nəşi İsrailə aparılıb. Ölümün səbəbləri barədə məlumat verilməyib. İsrail KİV bildirib ki, hələ üç ay öncə Vaysa onkoloji xəstəlik diaqnoz qoyulub və o, şüa terapiyasından keçməli idi.

Xatırladaq ki, HƏMAS yaraqlılarının İsrailin cənubuna hücumu nəticəsində 1 200 nəfər ölüb. Təxminən 240 dinc sakin Qəzza zolağına qaçırılıb. Onların arasında onlarla uşaq da var.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR