İnsanlara hürriyət, millətlərə istiqlal!

Qəzza ilə bağlı şok plan DÜNYANI AYAĞA QALDIRDI: "Bu, təhqirdir, çünki..." - VİDEO

2335 03.03.2024 09:08 Dünya A A

Qəzza zolağında yaşanan aclıq böhranı yardım gözləyən fələstinlilərin qətl edilməsindən sonra beynəlxalq ictimaiyyətin diqqətini çəkməyə başlayıb. 117 fələstinlinin öldüyü qırğından sonra ABŞ Qəzza zolağına havadan humanitar yardım göndərib.

Musavat.com xəbər verir ki, ABŞ-ın Qəzzaya ilk hava yardımında 3 hərbi yük təyyarəsi ilə 38 min yemək paylanıb.

"Günahsız insanlar dəhşətli müharibədə ailələrini doyura bilmədilər və onlar kömək almağa cəhd edəndə reaksiyanı gördünüz. Biz daha çox iş görməliyik, ABŞ daha çox iş görəcək" - ABŞ prezidenti Co Bayden deyib.

Bayden İordaniya ilə birlikdə yaxın günlərdə Qəzzaya paraşütlə humanitar yardım atmağa başlayacaqlarını bildirib. İordaniya Hərbi Hava Qüvvələri Fransa, Belçika və Hollandiyanın dəstəyi ilə bir neçə dəfə bölgəyə humanitar yardım göstərib. Məlumdur ki, Misir və Birləşmiş Ərəb Əmirlikləri də oxşar təşəbbüslərə imza atıb.

65e3b054ad7018d5867c583b.jpg (68 KB)

ABŞ Milli Təhlükəsizlik Şurasının kommunikasiyalar üzrə müşaviri Con F. Kirbi bildirib ki, ilk hava yardımı qidaya, daha sonra isə su və dərmana yönəldiləcək. ABŞ-ın Qəzzaya ilk hava yardımı dünən üç C-130 tipli hərbi yük təyyarəsi ilə təmin edilib. ABŞ Mərkəzi Komandanlığı "66 paraşütlə 38 min donuz əti olmayan qida payı paylandığını" açıqlayıb. Bundan sonra sosial mediada açıqlama verən ABŞ prezidenti Bayden deyib ki, Qəzzaya yardımın miqdarı kifayət deyil və ABŞ əlavə yardım göstərmək üçün əlindən gələni edəcək.

Daha əvvəl İraq və Əfqanıstan müharibələrində sınaqdan keçirilmiş bu yardım formasının Qəzzada həyata keçirilməsi reaksiya doğurur.

"New York Times" qəzetinin yazarı Nikolas Kristof yazıb: "Fövqəladə hallarda yardımın havadan endirilməsi adətən son çarədir və Bayden fələstinli mülkilərin həyatını xilas etməkdə ciddidirsə, yardım çatdırmağın daha yaxşı yolları var".

 

ABŞ-ın Suriya və Əlcəzairdəki keçmiş səfiri Robert Ford “Yaxın Şərqdəki ən xüsusi müttəfiqi” olan İsrailin ABŞ-ı havadan yardım göstərməyə məcbur etməsini “təhqir” adlandırıb.

65e3b02cad7018d5867c5837.jpg (95 KB)

Bir çox şərhçilərin fikrincə, ABŞ-ın İsrailə təzyiq etmək əvəzinə, jestdən uzağa getməyən üsula əl atması kifayət etməyəcək.

Beynəlxalq Xilasetmə Komitəsi adlı yardım təşkilatı qeyd edir: "Hava yardımı bu əzabları aradan qaldırmaq üçün həll yolu deyil və böyükmiqyaslı yardımın həllindən yayındırır. Bütün diplomatik səylər İsrailin Qəzza mühasirəsini aradan qaldırmasını təmin etməyə yönəlməlidir”.

Böyük Britaniyada yerləşən Oxfam qeyri-hökumət təşkilatı da şərh edib ki, hava yardımı yalnız “Qəzzada zülmə töhfə verən Amerika rəsmilərinin peşmanlığını azaltmağa xidmət edir”.

Hava yardımı, əslində, çox risklidir. Paketlərin mülki şəxslərdən çox silahlı HƏMAS üzvlərinin əlinə keçmə ehtimalının daha yüksək olduğu barədə şərhlər edilir.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR