Gürcüstanda qəzaya uğrayan Türkiyə təyyarəsində partlayıcı maddənin izlərinə rast gəlinməyib.
Musavat.com xəbər verir ki, bu barədə “Sabah” qəzeti məlumat yayıb.
"Jandarma cinayət laboratoriyası hərbi-nəqliyyat təyyarəsinin qəzaya uğraması ilə bağlı hesabat hazırlayıb. İstintaq zamanı heç bir partlayıcı maddənin izi aşkar edilməyib", - qəzetin mənbələri bildirib.
Mütəxəssislər artıq təyyarənin qalıqlarının hərtərəfli təhlilini aparıblar.
Musavat.com






