İnsanlara hürriyət, millətlərə istiqlal!

Qərəzli Qərb və onun “radiosu” - Azərbaycana qarşı təxribatı bu şəxslər sifariş edir...

2122 10.11.2023 20:28 Siyasət A A

Azərbaycanın Xankəndidə keçirdiyi möhtəşəm parad Qərbin bəzi dairələrini narahat edib. Yenə də Azərbaycana qarşı yalan, təxribat xarakterli informasiyalar yayırlar. Bu xüsusda ABŞ-ın agentura şəbəkəsi kimi də adlandırılan “Azadlıq” radiosu xüsusi canfəşanlıq edir. Radionun erməni bürosu Qarabağdan öz istəkləri ilə çıxan ermənilərin ağ yalanlarını tirajlayır, bundan Azərbaycana qarşı istifadə edirlər.

"Azadlıq" radiosu (Radio Free Europe/Radio Liberty (RFE/RL) — ABŞ Konqresinin maliyyələşdirdiyi qeyri-kommersiya təşkilatıdır. Yaradılış məramnaməsində qeyd edir ki, Konqress tərəfindən maliyyələşdirilməsinə baxmayaraq, müstəqil KİV qurumudur, informasiya siyasətində azaddır.

Ancaq radionun fəaliyyətində yuxarıda yazılanlar hiss olunmur. Radio da Konqres kimi ermənipərəst mövqe nümayiş etdirir, Azərbaycana qarşı qərəz yağdırır. Azərbaycanın qələbəsini qəbul edə bilmir, informasiya təxribatı ilə məşğuldur. Radio öz materialları ilə qələbəmizə kölgə salmağa çalışır, xalqı və milləti təhqir edir faktiki olaraq.

download.png (2 KB)

Keçən ay da “Azadlıq” radiosu Füzuliyə köçürülən soydaşlarımızla bağlı qərəzli reportaj hazırlamışdı.

Materialın ilk cümləsi “Füzuliyə köç kimlərin köçüdür? Onları Qarabağa niyə aparmırlar?” ifadəsi  ilə başlayırdı.

Həmin zaman bu materialı təhlil edən Mətbuat Şurası İdarə Heyətinin üzvü Müşfiq Ələsgərli çox gözəl vurğulamışdı ki, Füzuli özü Qarabağ iqtisadi regionuna daxil olan 8 rayondan biridir. Yəni Füzuliyə gedənlər həm də Qarabağa getmiş sayılırlar. Bu baxımdan “Füzuliyə gedənlərin Qarabağa aparılmaması” ifadəsinin nə məna daşıdığını anlamaq olmur.

Mövzu ilə bağlı Musavat.com-a danışan politoloq İlyas Hüseynov bildirib ki, bir sıra media orqanları heç də Azərbaycanın uğurlarını həzm edə bilmir:

“Xaricdən maliyyələşir, bir sıra güc mərkəzlərinin sifarişlərini yerinə yetirir və tamamilə təxribatçı mövqeyi ilə xalqımız tərəfindən də böyük hiddətlə qarşılanır.

Xüsusilə, Xankəndidə Azərbaycan Prezidentinin hərbi paradı qəbul etməsi, ölkəmizdə Zəfər Gününün qeyd olunması və üçrəngli bayrağımızın gününün qeyd olunması ərəfəsində “Azadlıq” radiosu ABŞ-ın agentura şəbəkəsi kimi USAID-in sifarişlərini yerinə yetirərək Samanta Pauerin maliyyələşdirdiyi qurumun Azərbaycanın qələbəsinə kölgə salan bir süjeti yayımlandı. Süjetdə elə bir fikir geniş yayılır ki, sanki Azərbaycanın qələbəsi kiçik bir hadisədir. Torpaq uğrunda şəhid olan, sağlamlığını itirən şəxslərə, onların ailələrinə münasibət biganədir. Bu, tamamilə yalandır, tamamilə ölkəmizdə ziddiyyətlərin genişlənməsi və fikir ayrıseçkiliklərinin çoxalması naminə siyasi texnologiyaların tətbiqi kimi özünü göstərir. Digər tərəfdən, burada işğaldan azad olunan ərazilərdə aparılan abadlıq, quruculuq, yenidənqurma işləri də şübhə altına alınır”.

yap_ilyas_140320.jpg (91 KB)

Politoloq fikrinin davamında bildirib:

“Nəzərə almaq lazımdır ki, “Azadlıq” radiosunda bu kimi süjetlər vaxtaşırı yayımlansa da, məhz ölkəmizin müasir tarixi üçün əlamətdar günlərdə kifayət qədər ciddi ittihamlarla dolu süjetin yayımlanması tamamilə başqa məqsədlərə xidmət edir. Bunun sifarişçiləri əlbəttə, xaricdə oturublar. Eyni zamanda, “Azadlıq” radiosu kimi eyni mövqedə olan bir sıra media qurumları da fəaliyyət göstərir. Onlar “Abzas media”, “Toplum TV”, “BBC Azərbaycan” kimi qurumlardır. Bu qurumlar dövlətin həyata keçirdiyi siyasəti nəinki tənqid edir, onu mübahisələndirir və tamamilə başqa bir formada təqdim edir. Bu, media orqanına, KİV-ə xas olmayan, medianı əlində bir alət edərək çirkli təbliğatı aparan bir strukturun fəaliyyətini göstərməkdədir. Düşünürəm ki, milli maraqlarımıza və aparılan genişmiqyaslı fəaliyyətə kölgə salan media orqanları bağlanmalı, bu çirkin siyasəti həyata keçirən şəxslər haqqında ciddi tədbir görülməlidir”.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR