İnsanlara hürriyət, millətlərə istiqlal!

Qərbin sanksiyaları “Roskosmos”a 180 milyard zərər vurdu

332 05.08.2024 13:28 Dünya A A

Qərb ölkələrinin bağlanmış müqavilələrdən imtina etməsi Rusiyanın “Roskosmos” şirkətinin 180 milyard rubl zərərə düşməsinə səbəb olub.

Musavat.com xəbər verir ki, bu barədə “İnterfaks”a müsahibəsində dövlət korporasiyasının baş direktorunun birinci müavini Andrey Elçaninov bildirib.

Onun sözlərinə görə, Ukraynada müharibə başlayandan və Qərb ölkələri ilə müqavilələrə xitam verildikdən sonra “Roskosmos” Afrika, Yaxın Şərq və Cənub-Şərqi Asiya ölkələri də daxil olmaqla, yeni beynəlxalq bazarlara istiqamətlənib:

“İxracın sanksiyadan əvvəlki həcminə qayıtmağa gəlincə, biz qarşımıza belə bir vəzifə qoymuşuq. Lakin bu, uzun müddət tələb edir, çünki bütün yeni bazarlarda böyük rəqabət var. Biz uğurlu giriş edə bilsək, perspektivlər böyükdür”.

Elçaninov qeyd edib ki, dövlət korporasiyası hazırda maliyyə böhranından mərhələli şəkildə çıxmaq prosesindədir:

“2022-ci ildə sənayenin planlaşdırılan itkisinin ən azı 50 milyard rubl olacağı proqnozlaşdırılırdı. Biz 17 milyarddan bir qədər çox zərərlə kifayətlənə bildik. 2023-cü ildə gözlənilən 45 milyard rubl əvəzinə zərərimiz 13,9 milyard rubl oldu”.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR