İnsanlara hürriyət, millətlərə istiqlal!

Qərbin Rusiya ilə bağlı ŞOK PLANI - 2027-ci ilə kimi...

668 06.03.2024 13:55 Dünya A A

Avropa Komissiyasının hesablamalarına görə, 2027-ci ilə qədər Avropa İttifaqında dondurulmuş 208 milyard avroluq Rusiya aktivlərinin yenidən investisiyasından 15 milyard avro gəlir əldə etmək mümkün olacaq.

Musavat.com xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Avropa komissarı Didye Reynders bildirib. 

O qeyd edib ki, buna qədər Aİ bir çox mərhələlərdən keçməlidir.

Məlumata görə, Avropa ölkələrində Rusiya Bankının 208 milyard avroluq aktivləri bloklanıb ki, onların əksəriyyəti Belçikadadır.

"Bu gəlirlərin vergiyə cəlb edilməsi Ukraynanı dəstəkləməyə yönəlməlidir. Belçika hökuməti artıq bu gəlirləri vergiyə cəlb edib və əldə edilən vəsaiti Ukraynanı dəstəkləməyə yönəldə bilər", - o deyib.

AK-nin məşğul olduğu növbəti mərhələ aktivlərdən əldə edilən gəlirlərin xüsusi hesablarda yerləşdirilməsidir. Bu yolla AK ümumi məbləği təxmin edə biləcək.

Fevralın 1-də Avropa Şurası AK-nin dondurulmuş Rusiya aktivlərindən əldə edilən gəlirlərin Ukraynanın maliyyələşdirilməsi üçün istifadəsi təklifini təsdiqləyib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR