İnsanlara hürriyət, millətlərə istiqlal!

Qərbi Balkan marşrutu ilə Aİ-yə qanunsuz miqrasiya 28 faiz azalıb

289 14.04.2023 10:30 Son xəbər A A

Cari ilin ilk iki ayında Qərbi Balkan marşrutu vasitəsilə Avropa İttifaqı (Aİ) ölkələrinə qeyri-qanuni miqrasiya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 28 faiz azalıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Avropa Sərhədlərinin Mühafizəsi Agentliyi (“Frontex”) məlumat yayıb.

Sözügedən azalmaya Serbiyanın viza siyasətini Avropa İttifaqı ilə uyğunlaşdırması, eləcə də region ölkələrinin sərhədlərinin mühafizəsini artırması səbəb olub. Belə ki, Serbiya son dövrlərdə Aİ-yə qeyri-qanuni miqrantların gəldiyi bir çox ölkə vətəndaşları üçün viza tələbini bərpa edib.

Avropa İttifaqı cari ildə Qərbi Balkan regionundakı miqrant böhranını həll etməkdə qərarlıdır.

“Frontex”ə görə, Qərbi Balkan regionu artıq qeyri-qanuni miqrantların ən çox olduğu bölgə deyil. Son illərdə isə Aİ ərazilərinə daxil olan qanunsuz miqrantların əksəriyyətinin Qərbi Balkan ölkələrindən gəldiyi bildirilib.

Qeyd edək ki, bu ilin yanvar-fevral aylarında ümumilikdə 28 min 130 qeyri-qanuni miqrant Aİ sərhədlərini keçə bilib.

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR