İnsanlara hürriyət, millətlərə istiqlal!

Qərbi Azərbaycan İcmasında Cəlaloğlu və Hamamlı rayon icmalarının nümayəndələri ilə görüş keçirilib FOTO

588 26.09.2023 12:51 Son xəbər A A

Sentyabrın 23-də Qərbi Azərbaycan İcmasının inzibati binasında Cəlaloğlu və Hamamlı rayonları İcmaları ilə görüş keçirilib.

Tədbiri giriş sözü ilə açan Qərbi Azərbaycan İcmasının İH-nin sədri, millət vəkili Əziz Ələkbərli tədbir iştirakçılarını salamlayaraq İcmanın bugünə qədərki fəaliyyəti, Qayıdış Konsepsiyası və qarşıda duran vəzifələr, o cümlədən rayon və kənd icmalarının əhəmiyyəti, formalaşma prosesi barədə danışıb.

Sədr texnika elmləri namizədi, Bakı Dövlət Universitetinin İqtisadi-təsərrüfat işləri üzrə prorektoru Ramazanlı Nəbi Əhməd oğlu Cəlaloğlu və Hamamlı rayonları üzrə İcma sədri seçilməsi barədə tədbir iştirakçılarını məlumatlandırıb.

Daha sonra çıxış üçün söz Cəlaloğlu və Hamamlı rayonları üzrə İcma sədri Nəbi Ramazanlıya verilib. O, Cəlaloğlu və Hamamlı rayonları üzrə İcma sədri kimi, Qərbi Azərbaycan İcmasının rəhbərliyinə ona göstərdiyi etimada görə öz təşəkkürünü bildirmiş, sözügedən rayonların tarixi, görkəmli şəxsiyyətləri, əhalisinin keçdiyi çətin yolla bağlı ətraflı məlumat verib. Daha sonra görüşdə Cəlaloğlu və Hamamlı rayonları üzrə İcmanın formalaşması məsələsinə baxılmış, müzakirələrdə İcmanın Bakının Nərimanov rayonu üzrə nümayəndəsi Təmraz Tağıyev, İcmanın Loru Pəmbək mahalı üzrə koordinatoru Fərhad Qəmbərov, telejurnalist, doktorant Fəxriyyə Lilpar, Azərbaycan Dillər Universitetinin rektorunun məsləhətçisi, iqtisad üzrə fəlsəfə doktoru Anar Osmanov, Azərbaycan Tibb Universitetinin Əczaçılıq fakültəsinin dekanı, dosent Kamandar Yaqubov, Azərbaycan Tibb Universitetinin (ATU) Əczaçılıq texnologiyası və idarəçiliyi kafedrasının müdiri professor, əczaçılıq elmləri doktoru, əməkdar müəllim Məhbubə Vəliyeva, Azərbaycan Tibb Universitetinin Yoluxucu xəstəliklər kafedrasının müdiri, Dosent Cəlal İsayev və başqaları çıxış edərək təkliflərini veriblər.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR