İnsanlara hürriyət, millətlərə istiqlal!

Qərbi Azərbaycan İcması Dövlət Departamentinin mətbuat katibinin açıqlamasını pisləyib  

381 01.09.2023 13:37 Region A A


Qərbi Azərbaycan İcması ABŞ Dövlət Departamentinin mətbuat katibinin 2023-cü il 31 avqust tarixli bəyanatı ilə əlaqədar bildirir ki, ABŞ-ın yalnız Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərinin hüquq və təhlükəsizliyindən,“blokada”dan danışıb Ermənistandan deportasiya edilmiş azərbaycanlıların hüquqlarına və qayıdışına toxunmaması ədalətsiz və qəbuledilməz yanaşmadır.

Musavat.com xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasından bildirilib:

Bütün bunlar, eləcə də Qərbi Azərbaycan İcmasının dövlət katibi Antoni Blinkenə ünvanladığı məktuba hələ də cavab verilməməsi rəsmi Vaşinqtonun məsələlərə ikili standartlar prizmasından yanaşdığını göstərir.

Qərbi Azərbaycan İcması eyni zamanda ABŞ-ı “bütün açıq qalan məsələlər” kimi artıq köhnəlmiş narrativlərdən istifadə etməməyə çağırır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR