İnsanlara hürriyət, millətlərə istiqlal!

"Qərbə yaxın cinahdan Ermənistana yeni müttəfiqlik təklifləri görə bilərik, odur ki..."- Siyasi şərhçi

1108 21.03.2024 17:35 Siyasət A A

"Hələ biz gələcəkdə Qərb və Qərbə yaxın cinahdan Ermənistana yeni müttəfiqlik təklifləri görə bilərik. Paşinyanın siyasi misiyası ilə Qərbin post sovet mekanında hakimiyyətə gətirdiklərinin misiyası eynidir".

Bu fikirləri Musavat.com-a siyasi şərhçi Azər Hüseynov bildirib.

O əlavə edib ki, məqsəd Qərbi və onun ultra liberal anlayışlarını bölgəyə gətirməkdir: "Bu baxımdan Ermənistanın bu misiyası Azərbaycanın və onun qardaş və müttəfiqi Türkiyənin, Qərblə başqa kontekstdə ziddiyyətdə olan Rusiyanın, Qərbin onu hərbi cəhətdən əhatə etməsini istəməyən İranın maraqları ilə toqquşur. Qərbin maliyyəsi ilə yüksəlsə də, bu gün artıq müstəqil güc kimi çıxış etmək təşəbbüsündə olan Çinin Avropa-Asiya marşrutunda Amerikanın fəallaşması marağında deyildir". Ekspertə görə, Ermənistan da bu arada Çinin rəqibi Hindistanla oynayır:"Region dövlətləri dayanıqlı sülhü təmin etmək üçün Paşinyanın siyasi kursunun dəyişməsinə təsir etməlidirlər. Bunun üçün Azərbaycan və Türkiyə koordinasiyanı davam etdirməlidirlər".

Qeyd edək ki, Ermənistan xarici qüvvələrin əlində alət olmaq missiyasını davam etdirir. Bu ala-yarımçıq ölkənin təhlükəsizliyi ilə bağlı NATO, Avropa İttifaqı və ABŞ pakt imzalamağı planlaşdırır.

Məlumatlara əsasən, Ermənistanın baş naziri Nikol Paşinyanın apreldə ABŞ dövlət katibi Antoni Blinken, Avropa İttifaqı Komissiyasının sədri Ursula fon der Lyayen və NATO-nun Baş katibi Yens Stoltenberqlə bu istiqamətdə görüşü keçiriləcək.

Qərbin Ermənistan vasitəsi ilə həyata keçirmək istədiyi “təhlükəsizlik planı” əslində, Cənubi Qafqazda təhlükəsizliyi yeni təhdid mənbəyinə çevirir. Çünki bu ölkədə Qərbin israrlı dəstəyi ilə hakimiyyətə gətirilən N.Paşinyan və komandası bölgənin maraqlarından daha çox xarici qüvvələrin tapşırıqlarını yerinə yetirir.

Afaq Mirayiq,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR