İnsanlara hürriyət, millətlərə istiqlal!

Qərb mediası: Rusiya ordusu çarəsiz vəziyyətdə- tanklar partlayır, gəmilər dayanıb, səma qapanıb

952 20.04.2023 15:15 Siyasət A A

 “Tanklar sədləri keçə, təyyarələr havada uça, gəmilər dənizdə hərəkət edə bilmir. Ukrayna Silahlı Qüvvələrinin əks-hücumu Rusiya ordusunun düşdüyü vəziyyətin fonunda başlayır”.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Qərb mediası cəbhədəki vəziyyəti bu sözlərlə təsvir edib.

Ukraynanın müdafiə nazirinin müavini Anna Malyar  Ukraynanın əks-hücum əməliyyatının artıq başladığını bəyan edib. Qərb mediasındakı hərbi analitiklərin fikrincə, Rusiyanın hücumu dayanıb. Onlar sözlərinə görə, Ukrayna Silahlı qüvvələri rus donanmasını oyundan çıxararaq, səmanı təmizləməklə yerdə də üstünlüyü təmin edib.

-Tanklar partladılır, lakin istehkamçılar öhdəsindən gələ bilmirlər;

“The Economist” qəzetini yazdığına görə, rusların fəlakət dərəcəsində tank itkiləri Ukraynanın “mina müharibəsi”ndə qalibiyyəti ilə bağlıdır;

Ukrayna Silahlı Qüvvələri sahələri çox sıx minalayaraq, tankların manevr qabiliyyətini kəskin şəkildə azaldır;

Mina tralları əslində, ruslar üçün işləmir - tank briqadaları onlardan hələ ötən ilin yayında imtina edib;

tank ekipajları çaxnaşmaya düşür və laylara dözə bilmir, bu da minalardan təmizlənməyə mane olur;

Köhnə minatəmizləmə üsulları işləmir: Ukrayna ordusu, tanklar yaxınlaşdıqda ABŞ istehsalı uzaqdan idarə olunan minalarını (RAAMs) işə salır.

-Donanma sürgündə qalıb;

ABŞ Hərbi Dəniz İnstitutunun məlumatına görə, Qara Dəniz Donanmasının gəmiləri artıq dənizə çıxa bilmir. Ukraynalılar burada ABŞ mənşəli aparatlarla əsl “dron donanması” qurub. Birləşmiş Ştatlar həmçinin kiçik patrul qayıqlarının aktiv tədarükünə davam edir. Ukrayna donanmasının komandanı Aleksey Neyjpapanın sözlərinə görə, il ərzində Rusiya Qara dəniz donanmasının Ukrayna donanmasına güc nisbəti “12- 1”dən “4-1”ə düşüb.

“The Times” qəzetinin yazdığına görə, “Moskva” kreyserinin Ukrayna Silahlı Qüvvələri tərəfindən məhv edilməsindən sonra Hərbi Dəniz Qüvvələrinin komandiri İqor Osipov işdən çıxarılıb və bu gün Sakit Okean Donanmasının komandiri Sergey Avakyantsın istefası açıqlanıb.

-Səma rus təyyarələri üçün qapanıb.

Müharibənin ilk aylarında aviasiyanın ağır itkilərindən sonra Rusiya Aerokosmik Qüvvələri artıq təyyarələrdən nadir hallarda istifadə edir.

“The Wall Street Journal analitiklərinin bildirdiyinə görə: aviasiya yalnız Rusiya Federasiyasının nəzarətində olan səmada uça bilir. Ukraynaya yalnız İranın kamikadze pilotsuz təyyarələri göndərilir.

“CSIS” Raketdən Müdafiə Proqramının direktor müavini Yan Uilyamsın rəyinə əsasən, “Ukraynanın müharibədəki uğuru əsasən hava hücumundan müdafiə ilə bağlıdır”.

Uilyams Ukraynanın hələ müharibədən əvvəl hava hücumundan müdafiə ehtiyatlarına görə Avropada ikinci olduğunu xatırladıb. Savaş başlayandan bəri Ukraynanın “hava zirehi” dəfələrlə gücləndirilib: artıq buraya Qərbin “Patriot”ları, “NASAMS”, “IRIS-T” və digər sistemləri gətirilib.


Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR