İnsanlara hürriyət, millətlərə istiqlal!

Qənirə Paşayeva Novruz Aslanı 60 illik yubileyi münasibəti ilə təbrik edib - FOTO

469 19.04.2023 11:30 Son xəbər A A

MM Mədəniyyət Komitəsinin sədri Q.Paşayeva Millət vəkili, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti, tanınmış bəstəkar Novruz Aslanı 60 illik yubileyi münasibəti ilə təbrik edib.

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Millət vəkili, Milli Məclisin Mədəniyyət Komitəsinin üzvü, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti, tanınmış bəstəkar Novruz Aslanı 60 illik yubileyi münasibəti ilə təbrik edib.

Novruz Aslanın sənətdə, ictimai fəaliyyətdə və parlamentdə uzunmüddətli, səmərəli xidmətlərini xatırladan Komitə sədri, 60 illik yubileyi münasibəti ilə ona Mədəniyyət Komitəsi adından Təbrik məktubu və xatirə hədiyyəsi təqdim edib. Təbrik məktubunda yubilyarın həyat və fəaliyyətinin ən önəmli məqamlarına vurğu edilib:

“Hörmətli Novruz müəllim,

Sizi 60 illik yubileyiniz münasibəti ilə ürəkdən təbrik edir, Sizə möhkəm can sağlığı, ictimai və yaradıcı fəaliyyətinizdə yeni uğurlar diləyirəm!
Siz 11 kitabın, yüzlərcə musiqi əsərinin müəllifisiz. Beynəlxalq Ekologiya-Energetika Akademiyasının fəlsəfə doktorusuz. “Vətənə xidmətə görə” ordeninin hər üç dərəcəsi ilə təltif olunmusuz.

Üçüncü, dördüncü və beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinə üzv seçilmisiz.

Milli Məclisin Mədəniyyət Komitəsinin, eləcə də Aqrar siyasət Komitəsinin, habelə Albaniya, Belarus, Bəhreyn, Bosniya və Herseqovina, Danimarka, Kuba, Monteneqro, Pakistan, Rusiya, Tacikistan, Ukrayna, Uruqvay, Vyetnam parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüsüz.
Siz həmçinin Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvüsünüz.

Hörmətli Novruz müəllim,Sizi 60 illik yubileyiniz, ictimai fəaliyyətdə və yaradıcılıqda əldə etdiyiniz uğurlar münasıbəti ilə bir daha təbrik edir, möhkəm cansağlığı, yeni başarılar diləyirəm”!

Yubilyar təbrik və xoş sözlər üçün Komitə sədrinə təşəkkür edib.

c402fdd1-384d-4d0e-821c-fbaa76f50e4a.jpg (160 KB)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR