İnsanlara hürriyət, millətlərə istiqlal!

Qənirə Paşayeva İzmirdə təşkil olunmuş iftar məclisində çıxış edib - FOTOLAR

469 22.04.2023 11:55 Son xəbər A A

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Qənirə Paşayeva İzmirdə Ümummilli lider Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamının işığında təşkil olunmuş iftar məclisində çıxış edib.

Musavat.com xəbər verir ki, Q.Paşayeva İzmir Azərbaycan Qardaşlıq və İşbirliyi Dərnəyi və Dünya Azərbaycanlıları Konqresi İzmir şöbəsinin ortaq tərtib etdiyi, İzmir şəhəri və yaxın yaşayış məntəqələrindən dəvət olunmuş çoxsaylı soydaşımızın qatıldığı iftar məclisində iştirakdan və çıxış etməkdən məmnunluğunu bildirib, ürək sözlərini bölüşüb. Q.Paşayeva xatırladıb ki, 44 günlük müharibədəki tarixi Zəfərdən öncəki səfərlər vaxtı keçirilən tədbirlərdə sözlərimizi eyni bir dua və inamla bitirərdik: gün olsun, torpaqlarımızı azad edək və növbəti tədbirlərimizi Qarabağımızda, Şuşamızda birgə keçurək. Tanrıya çox şükürlər olsun, dualarımız həyata keçdi, inamımız doğruldu.- Biz indi Qarabağda, Şərqi Zəngəzurda tədbirlər keçirir, o gözəl torpaqlarımızda tikir, qurur, yaradırıq. Şuşa Azərbaycanın rəsmən Mədəniyyət paytaxtı statusu almaqla yanaşı, 2023-cü il üçün Türk dünyasının Mədəniyyət paytaxtıdır”.

Q.Paşayeva xüsusi vurğulayıb ki, Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın, Türkiyə dövləti və qardaş xalqın müharibənin ilk anlarından Azərbaycana verdiyi əvəzsiz mənəvi, siyasi, diplomatik və informasiya dəstəyi gücümüzə güc qatdı.
Azərbaycan-Türkiyə qardaşlığını, “Şuşa Bəyənnaməsi”ni əcdadımızın ruhunu şad edən, gələcək nəsillərə yol göstərən böyük hadisə kimi şərh edən Q.Paşayeva, hər bir aydının, gəncin, ümumən vətəndaşlarımızın bu hadisəni öz həyat və fəaliyyətində örnək almalı olduğunu söyləyib.

"Bir millət, iki dövlət: Azərbaycan - Türkiyə Qardaşlıq Süfrəsi"ndə nitqinə davam edən Q.Paşayeva, Azərbaycan-Türkiyə qardaşlıq, dostluq, qonşuluq və strateji müttəfiqlik birgə fəaliyyətinin digər qardaş ölkələrimiz üçün də örnək təşkil etdiyini bildirib, Türk birliyinin dünya nizamına, ədalətə, sülhə xidmət etdiyini deyib.

Komitə sədri Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin və Türkiyə Cümhuriyyətinin 100 illik əlamətdar yubileyindən söz açıb, bu mühüm yubileylərin hər iki qardaş ölkədə xüsusi məhəbbətlə qeyd edildiyini bildirib.

İftar məclisində Azərbaycan nümayəndə heyətinin üzvləri, vətəndaş cəmiyyəti instutlarımızın rəhbərləri və fəalları, müxtəlif qurumları təmsil edən aydınlar - Sevinc Əlizadə, İbrahim Məmmədov, Əkbər Qoşalı, Elşad Eyvazlı, Aqil Ələsgər, Südabə Cahangirli, Zaur Məmmədov, Elnur Hüseynov, Elşad Heydərov iştirak edib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR