İnsanlara hürriyət, millətlərə istiqlal!

Qəbələdə yanğın başlayıb

365 01.09.2022 18:00 Hadisə A A

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Qəbələ rayonunun Tikanlı kəndi yaxınlığında dağlıq-meşəlik ərazidə yanğın olması barədə məlumat daxil olub.

Nazirliyin mətbuat xidmətindən Musavat.com-a verilən xəbərə görə, məlumat qəbul ediləndən dərhal sonra FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğınsöndürmə işlərinə cəlb olunub. Yanğınsöndürmə işlərini sürətləndirmək və geniş əraziyə yayılmasının qarşısını almaq məqsədilə yanğınla mübarizə tədbirlərinə əlavə olaraq Aviasiya dəstəsinin bir ədəd helikopteri cəlb olunub.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR