İnsanlara hürriyət, millətlərə istiqlal!

"Qazprom-Ermənistan"da yoxlamalar

336 03.07.2026 13:45 Dünya A A

Ermənistanla Rusiya arasında münasibətlərdə gərginliyin davam etdiyi bir vaxtda ölkədə Rusiyanın nəzarətində olan əsas qaz şirkətində yoxlamalara başlanılıb.

Musavat.com xəbər verir ki, bu barədə yerli "Joxovurd" qəzeti məlumat yayıb.

Qəzetin xəbərinə görə, son iki ayda Rusiyanın Ermənistana qarşı tətbiq etdiyi iqtisadi məhdudiyyətlər və Moskvanın müəyyən şəraitdə ölkəyə qaz tədarükünü tam dayandıra biləcəyi barədə xəbərdarlıqları fonunda təbii qaz məsələsi yenidən gündəmə gəlib.

Qəzet Ermənistanın baş naziri Nikol Paşinyan Avropa Komissiyasının sədri Ursula fon der Lyayen ilə görüşündə enerji əməkdaşlığının genişləndirilməsinin vacibliyini vurğuladığı barədə sözlərini xatırladıb.

"Sülh qovşağı" konsepsiyasının həyata keçirilməsi və regional kommunikasiyaların açılması çərçivəsində nəqliyyat əlaqələrinin genişləndirilməsi ilə yanaşı, Türkiyə və Azərbaycanla elektrik ötürücü xətlərin və enerji bağlantılarının yaradılması da enerji təhlükəsizliyinə və yaşıl keçidə töhfə verə bilər", – deyə Paşinyan bildirib.

"Joxovurd"un məlumatına görə, məhz bu gərgin fonunda Ermənistan hökuməti "Qazprom- Ermənistan" QSC-də yoxlamaların aparılmasına qərar verib. Şirkətin fəaliyyəti üzərində nəzarəti Ermənistanın İctimai Xidmətlərin Tənzimlənməsi Komissiyası (KROU) həyata keçirir.

Qəzet yoxlamaların məqsədi, onların mövcud siyasi vəziyyətlə əlaqəsinin olub-olmaması və prosesin hansı mərhələdə olduğu ilə bağlı KROU-ya sorğu ünvanlayıb.

Komissiyadan verilən cavabda bildirilib ki, 19 iyun–2 iyul tarixlərində təsdiq edilmiş illik iş proqramına uyğun olaraq "Qazprom- Ermənistan"ın müxtəlif filiallarında binaların daxili qaz sistemlərində xidmət keyfiyyətinin növbəti monitorinqi aparılır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR