İnsanlara hürriyət, millətlərə istiqlal!

"Çimərliklərdəki bu vəziyyət məndə onlardan daha çox utanma hissi yaradır"

974 03.07.2026 23:36 Ölkə A A

Hər gün milyonlarla uşaq bezinin tullantı kimi təbiətə atılması ekoloji problemə çevrilir. Bu tullantıların torpaqda necə parçalandığı və ya ümumiyyətlə parçalanıb-parçalanmadığı isə sual doğurur. Əslində, bu materiallar təbiətdə yox olur, yoxsa illərlə ətraf mühiti çirkləndirməyə davam edir?

Mövzu ilə bağlı ekoloq Qorxmaz İbrahimli Demokrat.az-a bildirib ki, yay mövsümündə dəniz kənarında istirahət edən bəzi valideynlər uşaq bezlərini çimərlik ərazisinə ataraq gedirlər.

"Bu hal məndə onlardan daha çox utanma hissi yaradır. İstirahət zonalarında və meşəlik ərazilərdə isə kişilərin içki butulkalarını təbiətə atdıqlarını görürəm. Bəzən qadınların da təbiətə elə tullantılar atdığını müşahidə edirəm ki, bu da məndə utanc hissi yaradır.

Uşaq bezləri o qədər də uzun müddət çürüyən materiallar sırasında deyil. Xüsusilə cırtcırtlı və yapışqan hissələr digər hissələrə nisbətən daha gec parçalanır. Lakin uşaq bezinin və ya digər materialların təbiətdə tez əriməsi onların mütləq şəkildə təbiətə atılması anlamına gəlmir. Məsələn, meyvə tumlarının meşə kimi yerlərə atılması müəyyən mənada normal sayılır, çünki bu, torpağın münbitləşməsinə və təbiətə fayda verməsinə səbəb olur.

Digər tullantılar isə təbiətə yalnız zərər vurur. Bu, əsasən mədəniyyət və təhsil məsələsidir. Bunun üçün milli ibtidai təhsil qanununa ehtiyac var. Bu qanunun müzakirəsində iştirak etmək istərdim. Üç yaşdan etibarən düzgün vətəndaş, gələcəyə savadlı ana və savadlı ata yetişdirmək vacibdir. Xüsusilə anaların oxumuş və minimal biliklərə sahib olması önəmlidir. İbtidai sinif müəllimi hazırlayan fakültələr, eləcə də televiziya bu istiqamətdə daha çox iş görməlidir. Bu məsələlər kompleks şəkildə həll olunmalıdır" , - deyə o qeyd edib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR