Dnepropetrovsk istiqamətində yayılan görüntülər sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Musavat.com xəbər verir ki, sosial şəbəkələrdə yayılan kadrlarda Rusiya hərbçisinin açıq ərazidə tək olarkən ardıcıl beş FPV kamikadze dronunun hücumundan sağ çıxıb
Məlumata görə, görüntülər Ukraynanın Dnepropetrovsk vilayətində yerləşən Novopodqorodnoye yaşayış məntəqəsinin işğal edilməsi zamanı qeydə alınıb.
Rusiya mənbələrinin yaydığı məlumata əsasən, hərbçi açıq sahədə təkbaşına hərəkət edərkən Ukrayna ordusuna məxsus beş FPV pilotsuz uçuş aparatının hücumuna məruz qalıb. Bildirilir ki, o, bütün hücumlardan sağ çıxmağa müvəffəq olub.
Musavat.com






