İnsanlara hürriyət, millətlərə istiqlal!

Kredit faizini sildirmək mümkündür?

245 04.07.2026 02:20 İqtisadiyyat A A

Kredit müqavilələri üzrə faiz və cərimə öhdəlikləri tez-tez mübahisə mövzusu olaraq qalır. Bankların faiz tələb etmə hüququ ilə məhkəmələrin müdaxilə səlahiyyəti arasında müəyyən balans mövcuddur. Bu sahədə qərarlar əsasən qanunvericilik və ekspert rəyləri əsasında formalaşır. Belə vəziyyətlərdə məhkəmələrin faiz və cərimələrə müdaxiləsi hansı hallarda mümkün sayılmalıdır?

Mövzu ilə bağlı vəkil Turan Abdullazadə Demokrat.az-a bildirib ki, məhkəmələr kredit müqavilələri üzrə faiz borcunu öz mülahizələri ilə silə bilməz:

"Bankların verdiyi kreditlərə görə faiz tələb etməsi onların hüququdur. Faizlər bankların əsas gəlir mənbələrindən biridir. Faizlərin tələb olunması qanunvericiliklə tənzimlənən məsələdir. Kredit müqavilələri üzrə dəbbə pulu, penya və cərimə kimi borclar isə məhkəmələr tərəfindən öz mülahizələri əsasında azaldıla və ya silinə bilər.

Məsələn, kredit təşkilatı 17.000 manat məbləğində cərimə hesabladıqda belə, məhkəmə bu məbləği 170 manatadək endirə bilər. Faiz borcunun azaldılması və ya silinməsi yalnız məhkəmə tərəfindən təyin edilən məhkəmə-mühasibatlıq ekspertizasının rəyi əsasında mümkündür. Ekspert faizlərin şişirdildiyini və ya normadan artıq hesablandığını müəyyən edərsə, faizlərin azaldılması həyata keçirilə bilər. Hər hansı qanunsuzluq aşkar edildikdə isə faizlərin silinməsi ilə bağlı qərar qəbul oluna bilər" , - deyə o qeyd edib.

Yəni, məhkəmələr cərimə borclarını birbaşa azalda bilsə də, faizlərin silinməsi üçün mütləq rəsmi ekspert rəyi tələb olunur.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR