İnsanlara hürriyət, millətlərə istiqlal!

Qazaxıstanda Dünya Köçəri Oyunları keçiriləcək - 100 ölkə qatılacaq

307 08.01.2024 11:13 Dünya A A

Qazaxıstanın paytaxtı Astanada turizm və idman naziri Ermek Marjikpayevin sədrliyi ilə V Ümumdünya Köçəri Oyunlarına hazırlığın gedişi ilə bağlı müşavirə keçirilib.

Musavat.com yerli mediaya istinadla xəbər verir ki, iclasda çıxış edən Ermek Marjikpayev dövlət başçısı Qasım-Jomart Tokayevin “Egemen Qazaxıstan” qəzetinə verdiyi müsahibədə bu böyük idman tədbirinin ölkə üçün əhəmiyyətini xüsusilə vurğuladığını deyib.

“Oyunların başlamasına bir ildən az vaxt qalıb. Dövlət başçısının tapşırığı ilə V Ümumdünya Köçəri Oyunlarını yüksək səviyyədə keçirmək lazımdır”, - deyə nazir bildirib.

Nazir deyib ki, V Dünya Köçəri Oyunları çərçivəsində 100-dən çox ölkədən nümayəndə heyətlərinin ölkəyə səfəri gözlənilir. Oyunların unikallığı idman, mədəni və elmi proqramların birləşməsindədir. Oyun planına 20 yarış və 10 nümayiş idman növü daxil olacaq və 110 dəst medal uğrunda mübarizə aparılacaq. Yarışlar atçılıq idmanı, milli güləş, oxatma, quş ovunun növləri, ənənəvi intellektual oyunlar üzrə keçiriləcək.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR