Musavat.com xəbər verir ki, Qazaxıstan parlamentində Instagram və TikTok kimi sosial şəbəkələrdə 14 yaşdan aşağı şəxslərin qeydiyyatına məhdudiyyət qoyulması təklifi irəli sürülüb.
Layihəyə əsasən, sosial platformalar yaş yoxlaması sistemini tətbiq etməli, valideyn icazəsi olmadan azyaşlıların hesab açmasının qarşısı alınmalıdır.
Təklifi dəstəkləyən deputatlar bildiriblər ki, bu addım uşaqları zərərli məzmundan qorumaq və onlayn asılılığın qarşısını almaq məqsədi daşıyır.
Hazırda qanun layihəsi üzrə müzakirələr davam edir.
Musavat.com






