İnsanlara hürriyət, millətlərə istiqlal!

Qazaxıstan tranzit yükdaşımalar üçün şərtləri daha da asanlaşdırır

311 05.12.2023 17:42 Dünya A A

Qazaxıstanın baş naziri Əlixan Smailov ölkə ərazisindən yükdaşımalara yaradılan maneələrin aradan qaldırılması barədə göstəriş verib.

Musavat.com xəbər verir ki, baş nazir hökumətin iclasındakı çıxışında avtomobil nəqliyyatı ilə yükdaşımalarda mövcud problemlərə toxunub:

“Qazaxıstan ərazisindən ümumi uzunluğu təqribən 13 min km olan səkkiz beynəlxalq avtomobil yolu dəhlizi keçir.Ona görə də bu marşrutlar üzrə yük axınını artırmaq və yüklərin sürətli keçidini təmin etmək üçün mövcud maneələri bir o qədər də azaltmaq lazımdır. Maneələrə sənədlərin işlənməsi və sərhədləri keçmək üçün uzun prosedurlar, inkişaf etməmiş infrastruktur, daşımaların zəif təşkili və digər bir çox amillər daxildir”.

Hökumət başçısı qeyd edib ki, hazırda yükdaşıma iştirakçıları məhz bundan şikayətlənirlər:

"Bundan əlavə, şikayətlər yükün və sənədlərin uzun müddətli yoxlanılması ilə bağlıdır. Bu problemlər rəqəmsal həllərin tətbiqi və informasiya sistemlərinin inteqrasiyası ilə çoxdan həll edilə bilərdi".

Baş nazir yüklərin bölüşdürülməsi üçün ən mühüm infrastruktur həlqəsi olan gömrük anbarlarının inkişaf etdirilməsinin zəruriliyindən də danışıb: "Bu, bizim keçid məntəqələrimizdə sıxlığı aradan qaldırmağa, eləcə də yük axınını artırmağa imkan verəcək qlobal təcrübədir. Digər ölkələrə yüklərin daşınması üçün icazə blanklarının verilməsində də problemlər var. Biz onları bir çox dövlətlərlə paritet əsasında alırıq. yükdaşıyıcılarımıza blankların verilməsi mexanizminə yenidən baxılmalı və onlara lüzumsuz tələblər qoyulmamalıdır”.

Öz növbəsində nəqliyyat nazirinin müavini Satjan Ablaliev məlumat verib ki, cari ilin doqquz ayının yekunlarına əsasən, respublikada avtomobil nəqliyyatı ilə yükdaşımaların həcmi 5,5 milyon ton təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 22 faiz çoxdur. Bu həcmdə Qazaxıstan operatorlarının payı 42 faiz təşkil edir: "Tranzit daşımalarda da müsbət dinamika müşahidə olunur. Ötən illə müqayisədə 44 faiz - 2,5 milyon tondan 3,6 milyon tona qədər artım var. Əsas həcm Çinin payına düşür - bu istiqamətdə yükdaşımalar 2 dəfə artaraq 1,5 milyon tona çatıb. Çindən Avropaya tranzit yüklərin həcminin daha da artırılması üçün böyük potensial var”.

Onun sözlərinə görə, hazırkı dinamika qorunub saxlanılarsa, 2029-cu ilə qədər Qazaxıstan ərazisindən tranzitin səviyyəsi 5 dəfə artacaq ki, bu da ölkə iqtisadiyyatının inkişafına müsbət təsir göstərəcək.

Qeyd edək ki, son illərdə Qırğızıstan yükdaşıyanları Qazaxıstanla keçid məntəqələrində onlara süni maneələrin yaradılmasından şikayətlənirlər. Ölkələr arasındakı keçid məntəqələrində demək olar ki, hər 2 aydan bir TIR-ların uzun növbələri yaranır. Artıq Qırğızıstan Rusiya ilə birlikdə yükdaşımaların Türkmənistan üzərindən həyata keçirilməsini nəzərdə tutan layihənin icrasına başlayıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR