İnsanlara hürriyət, millətlərə istiqlal!

Qazaxıstan “Taliban”ı yasaq təşkilatlar siyahısından çıxarıb

472 29.12.2023 15:02 Dünya A A

Qazaxıstan BMT qətnamələrinə uyğun olaraq “Taliban”ı qadağan olunmuş terror təşkilatları siyahısından çıxarmaq qərarına gəlib.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, BMT Təhlükəsizlik Şurasının məcburi olan qətnamələrinə əsasən, “Taliban” BMT Təhlükəsizlik Şurası tərəfindən terrorçu kimi tanınan təşkilatlar siyahısına daxil edilməyib.

Qazaxıstan qadağan edilmiş terror təşkilatlarının milli siyahısını yeniləmək üçün mütəmadi olaraq nəzərdən keçirib. Növbəti audit çərçivəsində Qazaxıstan Xarici İşlər Nazirliyi BMT təcrübəsinə uyğun olaraq “Taliban” hərəkatını siyahıdan çıxarmaq qərarına gəlib.

Qazaxıstan Xarici İşlər Nazirliyinin sözçüsü Aybek Smadiyarov qərarı şərh edib: “Taliban dünya ictimaiyyətinin gözündə özünü bərpa etmək üçün müxtəlif ölkələrlə, o cümlədən Qazaxıstanla diplomatik əlaqələr qurmağa çalışır və ən yaxın qonşuları ilə fəal ticarət əlaqələri qurur”.

O, vurğulayıb ki, siyasi və diplomatik təmaslar çərçivəsində Qazaxıstan bundan sonra da Təhlükəsizlik Şurası və BMT Baş Assambleyasının qəbul etdiyi qərar və qətnamələrə ciddi əməl edəcək.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR