Ukrayna ordusunun Rusiya ərazisindəki neft emalı zavodlarına (NEZ) təşkil etdiyi ardıcıl və dağıdıcı PUA hücumları fonunda Rusiya daxili bazarında yaranmış ciddi yanacaq qıtlığını aradan qaldırmaq üçün Qazaxıstanla danışıqlara başlayıb.
Musavat.com xəbər verir ki, Böyük Britaniyanın "Reuters" agentliyinin yaydığı məlumata görə, rəsmi Moskva zavodların fəaliyyətinin dayanması və plandankənar təmir işləri səbəbindən yaranan benzin defisitini yumşaltmaq məqsədilə Qazaxıstandan təxminən 50 min ton "AI-92" markalı avtomobil benzini idxal etmək imkanlarını nəzərdən keçirir.
Qazaxıstanın energetika naziri Yerlan Akkenjenov cümə günü hökumətin kulisində jurnalistlərə açıqlama verərək, Rusiya hakimiyyətindən rəsmi müraciət daxil olacağı təqdirdə Astanın bu ölkəyə yanacaq ixracı məsələsinə baxa biləcəyini təsdiqləyib. Bununla belə, nazir hələlik rəsmi addımın atılmadığını qeyd edib: "Hazırda Rusiya tərəfindən bizə hər hansı bir rəsmi müraciət və ya sorğu daxil olmayıb".
Ekspertlər vurğulayırlar ki, Rusiya daxili bazarında benzin və dizel yanacağına yaranan kəskin tələbat bilavasitə Ukraynanın müntəzəm olaraq Rusiyanın strateji neft-kimya infrastrukturunu sıradan çıxarması ilə bağlıdır.
Musavat.com






