İnsanlara hürriyət, millətlərə istiqlal!

Qazaxıstan neft hasilatı planını azaltdı

299 16.01.2024 13:00 Dünya A A

Qazaxıstan 2024-cü ildə 90,3 milyon ton neft hasil etməyi planlaşdırır.

Musavat.com xəbər verir ki, bu barədə ölkənin Energetika Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bundan əvvəl Qazaxıstanın energetika naziri Almasadam Satkaliyev məlumat vermişdi ki, 2023-cü ildə respublikada neft hasilatının həcmi təxminən 90 milyon ton təşkil edib. Onun sözlərinə görə, ilkin olaraq 2023-cü ildə təxminən 92-93 milyon ton neft hasil edilməsi planlaşdırılırdı. Plandan kənara çıxma iri neft və qaz hasilatı müəssisələrində aparılan təmir işləri, eləcə də ölkənin OPEC+ sazişi üzrə öhdəlikləri ilə bağlıdır.

Xatırladaq ki, Qazaxıstanda 2022-ci ildə neft hasilatının həcmi 84,2 milyon ton təşkil edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR