İnsanlara hürriyət, millətlərə istiqlal!

Qazaxıstan I rübdə qeyri-qanuni neft məhsulları ixracı ilə bağlı 171 cəhdin qarşısını alıb

399 08.04.2024 14:16 Ölkə A A

Bu ilin I rübündə Qazaxıstan Rusiya və Özbəkistana qeyri-qanuni neft məhsullarının ixracı ilə bağlı 171 cəhdin qarşısını alıb.

“Report” xəbər verir ki, bu barədə Qazaxıstan Maliyyə Nazirliyinin Dövlət Gəlirləri Komitəsi məlumat yayıb.

Bildirilib ki, hesabat dövründə Qazaxıstan-Rusiya sərhədində 13,65 min litr həcmində yanacaq-sürtkü materiallarının qanunsuz ixracına yönəlmiş 103 cəhdin qarşısı alınıb. Qazaxıstan-Özbəkistan sərhədində isə daha 68 cəhdin (11,135 min litr həcmində) qarşısı alınıb.

Xatırladaq ki, hazırda bəzi növ neft məhsullarının Qazaxıstandan ixracına qadağa qoyulub. Qadağa ölkənin daxili bazarında yanacaq və sürtkü materialları qıtlığının qarşısını almaq üçün tətbiq edilib.

2023-cü ildə Qazaxıstandan Rusiya və Özbəkistana 140 min litrə yaxın neft məhsulunun qanunsuz ixracı ilə bağlı 618 cəhdin qarşısını alıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR