İnsanlara hürriyət, millətlərə istiqlal!

Qaxda güclü külək istirahət parkında ağacları aşırdı - FOTO

503 18.06.2023 21:34 Hadisə A A

Qaxda güclü külək istirahət parkında ağacları aşırıb.

APA-nın məlumatına görə, bu gün günün ikinci yarısından başlayaraq ölkənin şimal-qərb bölgəsində qeyri-sabit hava şəraiti hökm sürür.

Günorta saat 15 radələrindən başlayaraq bir saat müddətində Balakən, Zaqatala və Qax rayonları ərazində küləkli və yağışlı hava şəraiti olub.

Güclü külək səbəbindən Qax şəhəri İ. Mustafayev küçəsində Nizami istirahət parkı ərazisində 10 yaxın irigövdəli iynəyarpaqlı ağac yıxılıb. Ağacların yıxılması zamanı ərazidə olan insanlar arasında xəsarət alan olmayıb.

Şəhərin Vidadi küçəsində əncir ağacı aşması nəticəsində ərazidə olan minik avtomobili zədələnib, elektrik naqilləri qırılıb. Əraziyə elektrik enerjisinin verilməsində qısa müddətli fasilə yaranıb.

Rayonun Alatəmir kənd inzibati ərazisində də bir-neçə ağacın aşdığı bildirilir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR