İnsanlara hürriyət, millətlərə istiqlal!

“Qardaşımı vurub qaçan sürücü köməklik etmir, “arxamda adamlar var” deyir”

1021 30.08.2022 16:43 Hadisə A A

Bakı şəhər sakini Sərxan Qədimov qardaşı Sənan Rzazadənin qəzada ağır yaralanmasına baxmayaraq, sürücünün məsuliyyətə cəlb edilməməsindən narazıdır.

Musavat.com xəbər verir ki, “Qafqazinfo”ya müraciət edən vətəndaşın sözlərinə görə, qardaşı "SOCAR Petrolium" şirkətinin əməkdaşıdır. Hadisə də iyulun 14-də elə Qala-aeroport yolundakı yanacaqdoldurma məntəqəsində, iş başında olarkən baş verib: “Qardaşım Fərhad Vəliyev adlı sürücü tərəfindən BMW markalı, 90 LC 535 dövlət qeydiyyat nömrə nişanlı maşınla vurulub. Maşın onun başının üstündən keçib. Daha sonra yanacaqdoldurma məntəqəsindəki marketə çırpılıb. Bundan sonra sürücü hadisə yerindən qaçıb. Qəza nəticəsində qardaşım ağır kəllə-beyin travması, baş-beyin əzilməsi, gicgah sümüklərinin sınığı, hemorragik kontuziya, pnevmosefaliya, qansızma, ənsədə cırılmış-əzilmiş yara, döş qəfəsinin sıyrılmış yaraları diaqnozları ilə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Əvvəlcə qardaşımı Neyrocərrahiyyə Xəstəxanasına yerləşdirdik. Orada dedilər ki, sığorta müalicə xərclərini qarşılayacaq. Amma gördük ki, qardaşımın durumu getdikcə pisləşir. Ona görə qərara gəldik ki, başqa xəstəxanaya köçürək. Özəl klinikalardan birinə köçürdükdən sonra düzəlməyə başladı. Hazırda bir gözü kor olub. Amma hadisəni törədən adam müalicəsi üçün heç bir kömək etmir. 12 min manatdan çox pulumuz çıxıb, amma bizə cəmi 2 min manat dəstək göstərib. Hazırda da klinikaya olan borcumuz qalmaqdadır”.

Şikayətçinin iddiasına görə, işə Xəzər RPİ-də səthi yanaşılır: “İşi aparan müstəntiq Elvin Cəfərov məsələyə səhlənkar yanaşır, cinayət işi başladılmasının qarşısını bilərəkdən almaq istəyir. Mən də buna etiraz olaraq dəfələrlə onunla əlaqə saxlamağa çalışmışam. Amma mənə cavab vermir. Sonuncu dəfə dedi ki, mənə zəng eləmə. Fərhad Vəliyev isə deyir ki, “arxamda adamlar var, mənə heç nə edə bilməzsiniz””.

İddialarla bağlı DİN-in Mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirib ki, yol-nəqliyyat hadisəsi ilə əlaqəli prosesual tədbirlərin qanunamüvafiq qaydada icra edilmədiyi barədə fikirlər əsassızdır: “Hadisədən sonra müvafiq ekspertizalar təyin olunmaqla, tərəflərin izahatı alınmaqla material Xəzər Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Hazırda icraata qəbul edilməklə prosesual tədbirlər davam etdirilir”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR