İnsanlara hürriyət, millətlərə istiqlal!

Qaraçay-Çərkəzin rəhbəri də Kadırovun oğlunu ali dövlət mükafatı ilə təltif edəcək

799 25.10.2023 14:45 Son xəbər A A

Çeçenistan rəhbəri Ramzan Kadırovun oğlu Adam Qaraçay-Çərkəz Respublikasının ali dövlət mükafatı - Qaraçay-Çərkəz Respublikasına xidmətlərinə görə ordenini alacaq.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bu qərarı Qaraçay-Çərkəz Respublikasının rəhbəri Rəşid Temrezov verib.

Respublika rəhbərinin sözlərinə görə, Adam Kadırov millətlərarası və regionlararası birliyin inkişafına, eləcə də ənənəvi İslam dəyərlərinin möhkəmləndirilməsinə şəxsi töhfəsinə görə təltif olunacaq.

Bundan əvvəl Adam Kadırov Tatarıstanın ikinci ən mühüm mükafatı olan “Dostluq” ordeninə layiq görülüb və ordeni ona respublika rəhbəri Rüstəm Minnixanov şəxsən təqdim edib.

Bundan əvvəl isə, o, Quranın yandırılmasında şübhəli bilinən Nikita Juraveli təcridxanada döydüyü üçün atası Ramzan tərəfindən “Çeçenistan Qəhrəmanı” elan edilib.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR