İnsanlara hürriyət, millətlərə istiqlal!

Qarabağı tərk edən erməni ailə: “Azərbaycanlılar bizi saxladıb deyirdilər getməyin, qalın” - VİDEO

1831 23.10.2023 22:46 Son xəbər A A

Azadlıq Radio-sunun erməni seqmentində Xankəndidən Ermənistana üz tutan ailə haqqında reportaj yayımlanıb. 

Musavat.com xəbər verir ki, 4 uşaqlı bu ailə əvvəl Şuşadan köçürülüb, daha sonra isə Xankəndidən də çıxmalı olub. Ailə hətta Şuşadan gedərkən evlərinin açarını və sənədini də götürüb. Ümid ediblər ki, qayıdacaqlar, lakin 23 saatlıq əməliyyatdan sonra həmin sənəd və açarları da Xankəndidə qoyub çıxıblar. 

Ailənin xanımı Məryəm bildirib ki, onlar Xankəndidən çıxarkən keçid məntəqəsində azərbaycanlılar onları maşından düşürüb getməməkləri üçün dilə tutublar: "Dedilər, hara tələsirsiniz, getməyin, qalın inteqrasiya edin, sizə dəyməyəcəyik. Daha sonra sənədlərimizə baxmadılar, sadəcə maşını yoxlayıb buraxdılar". 

Musavat.com daha ətraflı reportajı təqdim edir: 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR