İnsanlara hürriyət, millətlərə istiqlal!

Qarabağdan Suriyaya gedən SİRLİ YOL - Paşinyanın əsl məqsədi üzə çıxdı

3820 26.03.2023 19:59 Siyasət A A

Xəbər verdiyimiz kimi, Rusiya dünən Azərbaycanla bağlı təhdid dolu bir bəyanat yayıb. Bu tip bəyanatlar gedişatı dəyişə bilərmi?

Digər tərəfdən, rus pilotlar Ermənistanda təlimlərə başlayıb. Təlimə Rusiyanın Cənub Hərbi Dairəsinin Ermənistandakı hərbi bazasının 120-dən çox şəxsi heyəti və 20 ədəd texnikası cəlb olunub.

Rusiya bu təlimlə Azərbaycana mesaj ötürürmü?

Sosial Tədqiqatlar Mərkəzinin (STM) Mətbuat xidmətinin rəhbəri, siyasi şərhçi Əziz Əlibəyli Musavat.com-a açıqlamasında bildirib ki, Rusiyanın təhdid dolu bəyanatı Ermənistanın daxili cəmiyyəti üçündür.

ccdaec139f04d0985538cb7b18eafac5.jpg (41 KB)

Siyasi şərhçinin sözlərinə görə, faktiki olaraq Rusiya Azərbaycan qarşısında 10 noyabr razılaşmasının şərtlərindən irəli gələrək sərt mövqe qoya bilməz:

“Söhbət Azərbaycan ərazisindən gedir və de-yure Azərbaycanın beynəlxalq suveren ərazisi kimi tanınmış torpaqlardır. 10 noyabr razılaşmasının bəndlərinə əməl etmək zərurətinə gəldikdə, bütün hallarda Azərbaycanın buna əməl etməklə bağlı üstünlükləri daha çoxdur. Sadəcə 4-cü bəndin adını çəksək, görünər ki, Rusiya bu bölgədə kifayət qədər rəzil fəaliyyət göstərir”.

ec42d004-6ace-3a38-b702-4459361f1759_850.jpg (74 KB)

Əziz Əlibəylinin fikrincə, dağlıq şəraitdə helikopterlərin ekipajlarının təlim uçuşlarına cəlb olunması Azərbaycana mesaj xarakteri daşımır:

“Ermənistan həyata keçirdiyi dağıdıcı siyasət nəticəsində bütün qlobal güclərin cəmləşdiyi bir platformaya çevrilib. Paşinyan Qarabağda eyni ssenarini izləmək niyyətindədir. Rusiyanın xüsusilə də bu bölgədəki avtoritetinə zərbə endirəcək əsas güclər Qərb qüvvələridir. Rusiyanın 102-ci hərbi bazasının ölkədən çıxarılması ilə əlaqədar ABŞ-ın konkret planının olmasıyla bağlı da iddialar var.

Azərbaycan çalışır ki, bu məsələdə Ermənistana hər hansı bir arqument verməsin. Lakin birmənalı şəkildə qeyd etmək lazımdır ki, Rusiya, İran, Hindistan, Britaniya, ABŞ, Azərbaycan, Türkiyə, Ermənistan və Fransa maraqlarının toqquşduğu bir zona yaranıb. Hadisələr paralel şəkildə cərəyan edir. Qarabağda, Ermənistanda nə baş verirsə, paralel şəkildə biz Suriyada da eyni xətti görməkdəyik. Üçlü formada Rusiyanın savaşa cəlb olunması üzərindən planlar icra olunur. Görünür ki, Rusiya Ukraynada, Suriyada  və Ermənistanda eyni aqibətlə üz-üzə qalacaq”.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR